Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səudiyyə Ərəbistanında 75 futbolçuda koronavirus aşkarlandı

Səudiyyə Ərəbistanının iki liqasında 75 futbolçu koronavirusa yoluxub.

"Report" xəbər verir ki, bu, aparılmış test nəticəsində müəyyənləşib. Superliqada 50 futbolçu, 47 məşqçi və 16 rəsmi şəxsdə cavablar müsbət çıxıb. I Liqada isə 25 futbolçu yoluxub. 

Başa çatdırılmağa 8 turu qalan Səudiyyə Ərəbistanı çempionatı avqustun 4-də bərpa olunacaq və sentyabrın 9-da yekunlaşacaq. 

Ölkədə futbol yarışları martın 14-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. Səudiyyə Ərəbistanında azarkeşsiz idman məşqləri iyunun 21-dən bərpa olunub. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanında 22 turdan sonra "Əl Hilal" 51 xalla 1-ci, "Əl Nəsr" 2-ci yerdə gedir.

Salman Musaoğlu,
“Xalq qəzeti”

13 2020 11:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə