Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva son 1 həftədə 300-dən çox seçicisi ilə online şəkildə görüşüb

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son bir həftədə Tovuz rayonundan olan 300-dən çox seçicisi ilə online şəkildə görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.

Həftə ərzində, eyni zamanda, deputat Q.Paşayevanın köməkçisi tərəfindən 250-dən çox müraciət dinlənilib. Deputat həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi seçicilərin müraciətləri ilə bağlı isə Qənirə Paşayeva müvafiq qurumlara rəsmi müraciətlər göndərib.

Müzakirələr zamanı deputat Q.Paşayeva seçiciləri ilə koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb. O, eyni zamanda, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı aparılan mübarizə tədbirlərindən də geniş danışıb, virusun yayılma yolları haqda məlumatlar verib və onları Covid-19 dan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 2020 10:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə