Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dialoqdan boyun qaçıranlar anti-Azərbaycan qüvvələrin sifarişlərini yerinə yetirənlərdir

Prezident İlham Əliyevin  ölkəyə rəhbərlik etdiyi dövrdə atdığı bütün humanist addımlar əsasən  Vətənimizin, xalqımızın və dövlətimizin inkişafı, insanların sağlamlığının qorunması, həmçinin  həyat tərzinin yaxşılaşdırılması naminədir. Dövlət başçısının koronavirusun tüğyan etdiyi bir vaxtda mühüm qərarlar qəbul etməsi, bəşəriyyətin xilası naminə  irəli sürdüyü təşəbbüslər və bunların dünya ictimaiyyəti tərəfindən dəstəklənməsi ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun göstəricisidir. Cənab Prezidentin “Biz birlikdə güclüyük!” çağırışı həmrəyliyə, birliyə çağırışdır.

Mən siyasi partiya sədri olaraq bildirirəm ki, iqtidar- müxalifət  münasibətləri heç vaxt bugünükü qədər yaxın olmayıb. Bunu ölkədə həyata keçirilən genişmiqyaslı islahatların müsbət nəticəsi kimi dəyərləndirirəm. Son vaxtlar mövqeyindən asılı olmayaraq, bütün siyasi partiya rəhbərlərinin müxtəlif vaxtlarda Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşü, dialoqa dəvət olunmaları,  təkliflərimizin dinlənilməsi, birlikdə müzakirələrin aparılması  iqtidar müxalifət münasibətlərini yeni mərhələyə çıxarıb. 

Yaxın vaxtlarda Milli Məclisin sədri Sahibə Qafarovanın və Prezident Administrasiyasının rəsmisi Ədalət Vəliyevin iştirakı ilə parlamentdə təmsil olunan partiya rəhbərlərinin videokonfrans formatında keçirilən müşavirəsi də həmrəylik və birlik yolunda atılan qəti addımlar kimi dəyərləndirlməlidir. Bu cür toplantıların daha geniş formatda keçirilməsi iqtidar-müxalifət münasibətlərinin daha da yaxşılaşdırılmasında mühüm rol oynayır.

Mən partiya sədri olaraq artıq ikinci dəfə görüşə dəvət olunmuşam. Hər dəfə də ölkədəki mövcud vəziyyət müzakir olunub, təkliflərim səbrlə, təmkinlə dinlənilib və qarşıya çıxan problemlərin aradan qaldırılmasında  birlikdə mübarizə aparılması dialoqun əsasını təşkil edib. Əslində, belə də olmalıdır. Çünki müxalifət öz  xalqına, millətinə, Vətəninə qarşı yox, mövcud iqtidara qarşı rəqabətdə olmalıdır. Bu da qərəzli şəkildə yox, konkret faktlar əsasında. Gəlin, açıq etiraf edk ki, hazırda özünü ana müxalifət  adlandıranların əsas məqsədi  ölkədə iğtişaşlar, qarşıdurmalar yaratmaqdır. Belə  qeyri-sivil və antikonstitusion əməlləri hər zaman özünə əsas mübarizə vasitəsi seçən radikal müxalifət bütün dövrlərdə utopik arzularına çatmaq üçün bu metodlardan yararlanmağa cəhd göstərib. Əgər ötən illərə  nəzər yetirsək, əksər seçkilər ərəfəsində radikal müxalifət partiyalarının ölkədə süni gərginlik yaratmağa çalışması barədə kifayət qədər faktların şahidi olarıq. Dünyanın koronavirus pandemiyası bürüdüyü bir vaxtda  radikal müxalifət nümayəndələrinin sosial şəbəkələr vasitəsilə qeyri-sivil çağırışlar etməsi ,  bəzi xarici dairələrlə yenidən bazarlıqlarından xəbər verir. Bütün bunlar bir daha təsdiqləyir ki, bu gün ölkədə qarşıdurma, çaxnaşma yaratmaq istəyənlər, dialoqdan boyun qaçıranlar, müzakirələrə qatılmayanlar anti-Azərbaycan qüvələrin sifarişlərini yerinə yetirirlər.

Ölkə Prezidenti humanist addımlar ataraq, bəşəriyyətin  koronavirus pandemiyasından xilası üçün dəyərli təşəbbüslər irəli sürür, Azərbaycan dövləti Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə edir, 30-dan çox ölkəyə humanitar yardım göstərir,  COVID -19 – la mübarizəyə həsr olunmuş mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin keçirilməsinə nail olur. Dövlət başçısının qlobal əhəmiyyətli təşəbbüslərindən biri də Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilən zirvə görüşündə   COVID-19 – la mübarizəyə həsr olunması ilə əlaqədar xüsusi sessiyasının keçirilməsi idi.  Məlum olduğu kimi, bu təşəbbüs qısa müddət rəzində dünyanın 130- dan çox ölkəsi tərəfindən dəstəklənmşdi. Artıq BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə əlaqədar hazırlıq işlərinə başlanılıb. Bu uğur da radikal müxalifəti ciddi narahat edib. Axı, onlar heç vaxt Azərbaycanın uğurlarına sevinməyiblər.

Dialoqdan, birgə müzakirələrdən boyun qaçıran siyasi partiya rəhbərlərinin diqqətinə çatdırıram ki,  Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər təkcə ökəmizdə deyil, beynəlxalq aləmdə də  yüksək qiymətləndirilir. Müzakirələrdə xüsusi olaraq qeyd olunmuşdur ki, məhz  düşünülmüş qabaqlayıcı tədbirlər sayəsində bu gün ölkəmizdə COVID-19 pandemiyası qurbanlarının sayı minimal səviyyədədir. Təbii ki, dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə bu, çox yaxşı göstəricidir və respublikamızda bu təhlükəli virusa qarşı ciddi mübarizə aparılmasından xəbər verir. Müzakirələr zamanı Prezident Administrasiyasının  rəsmisi Ədalət Vəliyev ölkədə xəstələrin ödənişsiz müalicəsi üçün onlarla xəstəxana ayrıldığı, eləcə də 10 müasir modul tipli xəstəxana tikildiyi, artıq onlardan beşinin istifadəyə verildiyi, zəruri tibbi avadanlıqların  alındığı, qısa müddət ərzində ölkədə lazımi tibbi ləvazimatların istehsalına başlanıldığı diqqətə çatdırıldı.

Görünür, radikal müxalifəti narahat edən məsələlərdən biri də  iqtisadi sabitliyin və məşğulluqla bağlı problemlərin həlli üçün 3,5 milyard manatdan artıq dəstək paketinin qəbul olunmasıdır. 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılmaqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənildiyi, bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq vəsait ödənilməsinin təmin olunduğu, bu işin davam etdirilməsi ölkəmizdə insan amilinə verilən dəyərin göztəricisidir. Bütün bunlar xalq tərəfindən böyük rəğbətlə qarşılanır, radikal müxalifəti və onların sifarişçilərini isə ciddi təşvişə salır. Ona görə də siyasi dialoqdan boyun qaçıranlar unutmamlıdırlar ki, artıq onların səsinə səs verən yoxdur.

Bu gün hər bir Azərbaycan vətəndaşı ölkəmizin  qazandığı uğurlarla, sosial-iqtisadi sferadakı nailiyyətlərlə fəxr edir və dövlət başçısının həmrəylik, birlik çağırışına böyük həvəslə qoşulurlar.

Kamil SEYİDOV,
Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri,
siyasi elmlər üzrə fəlsəfə doktoru

 

13 2020 10:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə