Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT Azərbaycanı regional lider və qlobal təşəbbüslər dövləti hesab edir

Dünyanın ən böyük universal beynəlxalq təşkilatı olan BMT geniş və hərtərəfli monitorinq, qiymətləndirmə, təhlil və analizlərinin nəticəsi olaraq dünya üzrə “Davamlı inkişaf hesabatı-2020” sənədini hazırlamışdır. Bu sənədin “Davamlı inkişaf məqsədləri indeksi”nə görə, Azərbaycanın əldə etdiyi uğurlar yüksək qiymətləndirilmiş və ölkəmiz 166 ölkə arasında  54-cü yerə layiq görülmüşdür. Bu göstərici ilə Azərbaycan bölgədə bütün ölkələri üstələmiş və  faktiki olaraq regional lider statusuna yüksəlmişdir. Faktların dili ilə desək, qonşularımız  Rusiya, Gürcüstan, İran, Türkiyə müvafiq olaraq 57, 58, 59, 70-ci yerlərlə kifayətlənməli olmuşlar. Mərkəzi Asiya regionunun həlledici dövləti olan Qazaxıstanda bu göstərici 65, Türkmənistanda isə 114-dür. Müqayisə üçün qeyd edək ki, BMT sözügüdən indeks üzrə işğalçı Ermənistana xeyli aşağı 75-ci yeri müəyyən etmişdir. Sadalanan rəqəmlərin özü bir göstərici olaraq Azərbaycanın BMT-nin “Davamalı inkişaf məqsədləri indeksi” üzrə əldə etdiyi yüksək nəticələrin miqyasını  müəyən edir. 

Xüsusilə, Azərbaycanın BMT-nin müəyyən etdiyi bir sıra fundamental istiqamətlər üzrə əldə etdiyi nəticələr  qururvericidir. Bu baxımdan BMT ekspertlərinin gəldiyi ümumi nəticəyə görə, Azərbaycan əhalinin rifahının yüksəldilməsi, yoxsulluq probleminin uğurlu həlli, səhiyyəyə xüsusi diqqət ayırması, qidalanma, təmiz su təminatı, güclü infrastrukturun yaradılması və enerji təhlükəsizliyi istiqamətlərində atdığı addımlar kifayət qədər səmərəli və məhsuldar olmuşdur. Bundan savayı, məlum nüfuzlu hesabatda ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə verdiyi təhfə də yüksək dəyərləndirilmişdir.

Təsadüfi deyildir ki, Azərbaycanın qeyd edilən istiqamətlər üzrə qazandığı uğurlar BMT səviyyəsində adekvat qiymətləndirilmiş və ölkəmiz maksimum 100 balllq sistem üzrə 72,6 bala layiq görülmüşdür. Bu nəticə kifayət qədər yüksək göstəricidir. Müqayisə üçün qeyd edək ki, üzvlərinin əksəriyyəti NATO və Avropa İttifaqının üzvü olan Şərqi Avropa dövlətlərinin və  böyük təbii resurslara malik Mərkəzi Asiya regionu ölkələrinin “Davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstəricisi 70,9-a bərabər olmuşdur.

Azərbayacanın BMT-nin “Davamlı inkişaf məqsədləri indeks”ində yüksək mövqeyi heç bir halda təsadüfi olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən irimiqyaslı və hərtərəfli islahatların məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Dərinləşən  iqtisadi və sosial islahatlar sayəsində ilk növbədə əhalinin rifahı yüksəlmiş, xüsusi həssas kateqoriyadan olan insanların sosial müdafiəsi gücləndirilmiş, istehsal olunan məhsulların rəqabət qabiliyyəti artmış, qeyri-neft sektorunun inkişafı təmin edilmiş, ixrac yönümlü istehsalın həcmi genişlənmiş, sahibkarlıq subyektlərini ölkənin iqtisadi həyatında yeri və rolu möhkəmlənmişdir. Bu prosesdə İqtisadiyyat Nazirliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin səmərəli və məhsuldar fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bu qurumların dövlət-biznes-vətəndaş cəmiyyəti platformasında həyata keçirdiyi ardıcıl və təxirəsalınmaz tədbirlər sayəsind BMT-nin “Davamlı inkişaf məqsədləri indeksi”ndə ölkəmizin iqtisadi parametrlər üzrə mövqeləri xeyli möhkəmlənmişdir.

Sonda onu da xüsusi olaraq qeyd edək ki, BMT-nin “Davamlı inkişaf hesabatı-2020” sənədində Azərbaycanı  “Davamlı inkişaf məqsədləri indeksi” üzrə regional lider səviyyəsinə yüksəltməsi hadisəsi ilə Prezident İlham Əliyevin qlobal təhdid mənbəyinə-COVİD-19 pandemiyasına qarşı beynəlxalq səylərin birləşdirilməsi məqsədilə BMT Baş Məclsisinin xüsusu sessiyasının şağırılması təşəbbüsü arasında sinxronluq diqqətdən yayınmır. Burada ciddi səbəb-nəticə əlaqəsi vardır. BMT-nin ali rəhbərliyi bütün inkişaf parametrləri  və məqsədləi üzrə Azərbaycanı təkcə regionda deyil, bütövlükdə dünya miqyasında nümunəvi və örnəkverici dövlət kimi qəbul edir. Eyni zamanda,  onu da qəbul edir ki, Azərbaycanın  dünya miqyasında bu statusu əldə etməsi onun rəhbərinin - Prrzident İlham Əliyevin titanik zəhmətinin və fəaliyyətinin nəticəsidir. Nəhayət, BMT-nin ali rəhbərliyi üçün sirr deyildir ki, dövlət başçısının gücünə güc qatan, onun ən yaxın həmməsləki olan ölkəmizin Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın  mərhəmət, nəciblik və xeyrxahlıqdan yoğrulmuş sosial və humanitar yönümlü misilsiz fəaliyyəti sayəsində  məlum  “Davamlı inkişaf məqsədləri indeksi” üzrə göstəricilərimiz region dövlətləri üçün əlçatmaz olmuşdur.

Qarşıda isə ölkəmizi daha möhtəşəm qələbələr gözləyir. Bunun üçün birliyimiz, həmrəyliyimiz və məsuliyyətimiz  həmişəkindən daha güclü olmalıdır. Biz birlikdə güclüyük!

Elman NƏSİROV,
Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi,
siyasi elmlər dolktoru, professor

13 2020 10:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə