Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zərdabi irsinin öyrədilməsi, yaşadılması və tanıdılması zəruridir

“Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu”nun Azərbaycan mətbuatının 145 illik yubileyi münasibəti ilə reallaşdırdığı “Həsən Bəy Zərdabi həftəsi” videokonfrans formatında silsilə tədbirlər uğurla davam edir. Növbəti videokonfrans Zərdab Rayon İcra Hakimiyyəti ilə birlikdə keçirilib.

Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 30 İyun 2020-ci il sərəncamına əsasən,  o cümlədən, iyunun 28-dən-görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabinin doğum gününə həsr olunmuş “Həsən Bəy Zərdabi həftəsi”  davam edilib.  Silsilə tədbirin davamı olaraq  iyulun 7- də Zərdab rayonunda yerləşən Həsən Bəy Zərdabinin ev muzeyində, muzeyin direktoru Vəfa Bayramovanın təqdimatında canlı online konfrans baş tutub.

Eyni zamanda, “Həsən Bəy Zərdabi həftəsi” çərçivəsində Zərdab Rayon İcra Hakimiyəti, Gənclərlə iş şöbəsi və Zərdab Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə  iyulun 8 –də  rayon gəncləri, müəllim, şagird və ziyalılarının  iştirakı ilə videokonfrans təşkil olunub. Təqdimat zamanı Həsən Bəy Zərdabinin həyat və yaradıcılığı, xidmətləri haqqında geniş məlumat verilib, irsin və milli mənəvi dəyərlərimizin təbliği ilə bağlı təkliflər səsləndirilib.

“Azərbaycan Mətbuatının 145 illiyi, Həsən Bəy Zərdabi irsinin və milli- mənəvi dəyərlərimizin qorunması, gələcək nəsillərə sağlam ötürülməsi ” mövzusunda keçirilən konfrans “Həsən Bəy Zərdabi İrsinin Təbliği” Təşəbbüs Qrupunun rəhbəri Seymur Bayramovun moderatorluğu ilə keçirilən silsilə videokonfranslar zamanı səsləndirilən mühüm təklif və fikirlərin təqdimatı, o cümlədən, gələcək planlar haqqında çıxışı ilə başlayıb.  Həsən Bəy Zərdabinin yurdunda belə bir təşəbbüsün və silsilə tədbirlərin keçirilməsinə dəstək olduğu üçün Zərdab Rayonu İcra Hakimiyyətinin başcısı Mərdan Camalova xüsusi minnətdarlıq bildirilib. 

“Həsən Bəy Zərdabi İrsinin Təbliği” Təşəbbüs Qrupunun üzvü, Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsi sədrnin müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva Zərdab rayonunda görülən uğurlu işlərin fonunda Həsən Bəy Zərdabi parkının yenidən əsaslı və yüksək zövqlə təmir olunmasını nəinki  Zərdab rayon sakinlərinin, eləcə də, bütün Zərdabisevərlərin sevincinə səbəb olduğunu vurğulayıb.

J. Əliyeva sonra konfrans iştirakçılarının məhz müəllim, şagird və ziyalılardan ibarət olmasını nəsillər arasında sağlam körpülərin qurulması və irsin gələcək nəsillərə ötürülməsi istiqamətində mühim təşəbbüs olduğunu qeyd edib.

Milli Məclisin deputatı, tarix elmləri doktoru Musa Qasımlı Həsən Bəy Zərdabinin yaşadığı dövr, tarixi əhəmiyyətli proseslər haqqında məlumat verərək, Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) qurulması prosesinin başlanğıcını məhz Həsən Bəy Zərdabinin və o dövrün ziyalı ictimai xadimlərinin birgə fəaliyyətinin əsası kimi qiymətləndirib.

Həsən Bəy Zərdabi nəslinin nümayəndəsi, eyni zamanda “Həsən Bəy Zərdabi İrsinin Təbliği” Təşəbbüs Qrupunun üzvü Nüsrət Məlikov görülən və görüləcək mühüm işlərə görə minnətdarlığını bildirib. Rayon təhsil şöbəsinin müdiri, “Əməkdar müəllim”  Gülağa İsgəndərov, rayon icra hakimiyətinin gənclərlə iş şöbəsinin müdiri İlkin Əliyev, “Əkinçi” qəzetinin baş redaktoru İsaməddin Əhmədov, tarixçi-alim Ömər Tanrıverdiyev və digərləri çıxış edərək, videokonfransın keçirilməsinin Həsən Bəy Zərdabi irsinin təbliğində  mühüm başlanğıc olduğunu qeyd ediblər.

Rayon  təhsil şöbəsi,  gənclər və  digər əlaqədar təşkilatların nümayəndələrinin təklif və çıxışları ilə başa çatan konfransın davamlı keçirilməsi və irsin təbliğinin mütəmadi olaraq, qrup üzvləri və konfrans iştirakçıları tərəfindən həyata keçirilməsi qərarlaşdırılıb.

Videokonfransla bağlı  təəssüratlı bizimlə bölüşən professor  Jalə Əliyeva dedi ki, Zərdabi irsinin öyrədilməsi, yaşadılması və tanıdılması zəruridir: Həsən bəy Zərdabi İrsinin Təbliği” Təşəbbüs Qrupu olaraq növbəti videokonfrans keçirdik. Bu əfəki tədbir böyük mütəfəkkirin doğulub böyüdüyü, adından ad alan Zərdab rayonunda baş tutdu. Tədbirdə deputatlar, rayon ziyalıları, müəllimlər, şagirdlər, rayon icra hakimiyyərinin nümayəndələri iştirak edirdilər. Düşünürük ki, Zərdabi irsinin öyrədilməsi, yaşadılması və tanıdılması baxımından çox əhəmiyyətli bir görüş idi. Başda rayon icra hakimiyyətinin başçısı Mərdan Camalov olmaqla, rabu konfransın yüksək səviyyədə keçirilməsində yardımçı və iştirakçı olan bütün təşkilatlara, qonaqlarımıza təşəkkür edirik.”

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

13 2020 10:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə