Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Politoloq: Yaranmış gərginliyə görə məsuliyyət bütünlüklə Ermənistanın üzərinə düşür

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

Şəbnəm Həsənova bildirib ki, bütün dünyada COVİD-19-la mübarizədə vahid yanaşmanın tətbiqinin, ölkələrin özlərinə qapanmamasının, inkişaf etmiş ölkələrin ağır vəziyyətdə olan ölkələrə kömək göstərməsi tendensiyasının nümayiş olunduğu bir zamanda beynəlxalq maliyyə qurumlarından yardım dilənən Ermənistan hakimiyyəti sosial dayaqlarını artıq tamamilə itirib, koronavirus böhranından çıxış yolu kimi cəbhədə təxribat törətməyə əl atır: “Ermənistan daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır. Azərbaycanofobiyanı dövlət siyasəti həddinə çatdıran Ermənistanın hərbi avantüraya əl ataraq üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə və beləliklə də Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa cəhd göstərir.

Cəbhənin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə etməklə hücüma keçən erməni silahlı qüvvələri daha bir təxribat törətmişlər. Ermənistan BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəlikləri bir daha kobud şəkildə pozub. Bu, birbaşa rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti əyani sübutudur. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam etdirdiyi təcavüzü və hazırki mövqeyi bir daha sübut edir ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərindədir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında olan Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə tam nəzarət etmək iqtidarındadır”.

 

13 2020 10:48 -

Köhnə versiyamızdan xəbərləri izlə