Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ceyhun Məmmədov: 166 ölkə arasında Azərbaycanın 54-cü pillədə qərarlaşması ölkəmiz üçün böyük uğurdur

Azərbaycan bu uğura uzun illər bir çox sahələrdə həyata keçirdiyi uzaq görən və ardıcıl siyasət nəticəsində nail olub. 166 ölkə arasında Azərbaycanın 54-cü pillədə qərarlaşması ölkəmiz üçün böyük uğurdur. Son illər Azərbaycan beynəlxalq reytinqlərdə sürətlə irəliləyir.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Azərbaycan 30 ildir müstəqillik qazanıb. Azərbaycan bu reytinqdə müstəqilliyi Azərbaycandan əvvəl qazanan bir çox ölkələri arxada qoyub, bölgədə liderliyi ələ alıb.

Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə böyüyür, dünya iqtisadiyyatına inteqrasiya edir. Ölkəmiz bir çox regional layihələrin təşəbbüskarı və təşkilatçısıdır. Ölkəmizin nüfuzu, ona olan inam və etibar beynəlxalq aləmdə günü-gündən daha da artır. Bu da öz növbəsində Azərbaycanın büynəlxalq indekslərdə nüfuzun artmasına öz təsirini göstərir.

Azərbaycan büdcəsi sosial yönümlüdür və Azərbaycan hökuməti sosialyönümlü siyasət həyata keçirir. Ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi istiqamətinə dövlət davamlı tədbirlər həyat keçirir. Əhalinin heç bir imkansız təbəqəsi dövlətin diqqətindən kənarda qalmır.

Pandemiyanın ölkə və dünya iqtisadiyyatına mənfi təsir göstərməsinə və neftin qiymətinin aşağı düşməsinə baxmayaraq Prezident İlham Əliyevin də qeyd etdiyi kimi heç bir sosial layihə təxirə salınmayacaq. Təkcə bu il 8000-ə yaxın məcburi köçkün ailəsinin evlə təmin olunması planlaşdırırlır. Həmçinin şəhid ailələrinin və müharibə iştirakçılarının evlə təmin olunması istiqamətində davamlı olaraq ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu da Azərbaycanın bir sıra reytinqlərdə liderliyini qorumasına, daha da irəliləməsinə, nüfuzunun artmasına ciddi təsir göstərəcək.

Səhiyyə sahəsində də Azərbaycanda ciddi addımlar atılır. Sığorta siteminin tətbiqi bu sahənin inkişafına öz təsirini göstərəcək. Son illər Azərbaycanda uşaq ölümündə də ciddi azalma müşahidə olunur. Azərbaycan bütün bu uğurlara Prezident İlham Əliyevin uzqgörən liderliyi sayəsində nail olub.

12 2020 19:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə