Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qobustan rayonunun Poladlı kəndində sel bir sıra fəsadlar törədib

Qobustan rayonunun Poladlı kəndinə yağan güclü yağışdan sonra sel suları bir sıra fəsadlar törədib.

AZƏRTAC xəbər verir ki, həyətləri su basıb, kəndin daxili yollarına və körpülərə zərər dəyib. Bundan başqa, kəndin qaz xətti sıradan çıxıb, elektrik və rabitə dirəkləri, meyvə ağacları aşıb, naqillər qırılıb.

Rayon fövqəladə hallar komissiyasının nümayəndələri kəndə gələrək sel sularının ziyan vurduğu ərazilərə baxıb, vətəndaşların müraciətini dinləyiblər. Selin törətdiyi fəsadların aradan qaldırılması üçün işlərə başlanılıb.

12 2020 19:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə