Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da baş verən atışmada 2 polis əməkdaşı həlak olub

ABŞ-ın Mak-Allen şəhərində (Texas ştatı) baş verən atışmada 2 polis əməkdaşı öldürülüb.

Şəhər polis idarəsinin rəisi Viktor Rodriqes bildirib ki, polis əməkdaşları iyulun 11-də günorta saatlarında müraciət üzrə yaşayış binalarından birinə gələndən sonra naməlum şəxs atəş açıb.

 

Yaralı polislər şəhər xəstəxanalarından birinə çatdırılsalar da,  onların həyatını xilas etmək mümkün olmayıb. ABC telekanalının verdiyi məlumata görə, atəş açan şəxs digər polis naryadı gələnə kimi intihar edib. Hadisə üzrə araşdırmadan sonra məlum olub ki, qatil Latın Amerikasından olan 23 yaşlı Audon İqnasiodur.

12 2020 12:56 -

Köhnə versiyamızdan xəbərləri izlə