Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kamaru Usman “UFC-251” turnirində Xorxe Masvidalı məğlub edərək çempionluq titulunu qoruyub

Nigeriyalı döyüş ustası Kamaru Usman Mütləq Döyüş Çempionatının (UFC) əsas yarışı olan “UFC-251” turnirində amerikalı Xorxe Masvidalı məğlub edərək orta çəki dərəcəsində çempionluq titulunu qoruyub.

AZƏRTAC xəbər verir ki, qarşılaşma Əbu-Dabinin “Döyüş adası”nda baş tutub. Bununla da 33 yaşlı K.Usmanın karyerası ərzində qazandığı qələbələrin sayı 17-yə çatıb. Onun aktivində 1 məğlubiyyət var. Onun 35 yaşlı rəqibi isə qarışıq döyüşlərdə 48 qarşılaşma keçirib, 35 qələbə qazanıb, 13 dəfə məğlub olub.

Qeyd edək ki, X.Masvidal bu döyüşdə braziliyalı idmançı Gilbert Burnsu əvəz edib. G.Burns koronavirus testinin nəticələri müsbət çıxdığı üçün UFC-nin turnirindən kənarlaşdırılıb.

12 2020 17:35 - İDMAN
İDMAN
29 İyul 2020 | 22:16
İlin ən yaxşı məşqçisi

Köhnə versiyamızdan xəbərləri izlə