Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Muzdla çalışanların 930 mini iqtisadiyyatın dövlət sektorunda fəaliyyət göstərib

İyunun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 91 min nəfər və ya 5,7 faiz artaraq 1 milyon 681,7 min nəfər olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, onlardan 930 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 751,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,8 faizi təhsil, 17,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8 faizi tikinti, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 14 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

V.BAYRAMOV,

“Xalq qəzeti”

12 2020 16:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə