Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azəriqaz”: ölkə üzrə qeydiyyatda olan abonentlərin sayı 2 milyon 284 min 980-dir

İyun ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 3132 yeni abonent qeydiyyata alınıb ki, bundan 2252 abonent Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 880 abonent isə regionların payına düşür.

Birlikdən bildirilib ki, bu ilin yanvar-iyun ayları ərzində əhali sektoru üzrə 36 min 564 yeni abonent qeydiyyata alınıb. Beləliklə, iyulun 1-nə “Azəriqaz” İstehsalat Birliyində ölkə üzrə qeydiyyatda olan abonentlərin sayı 2 milyon 284 min 980-ə bərabər olub. 881 min 905 abonent Bakı şəhəri, 1 milyon 403 min 75 abonent isə regionlarda qeydiyyata alınıb.

Qeyd edək ki, qeyri-əhali sektoru üzrə 621 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün hər birinə 5000 kubmetr həcmində limit ayrılıb.

V.BAYRAMOV,

“Xalq qəzeti” 

12 2020 15:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə