Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Neftçi” birinci dövrənin qalibidir

“Neftçi” birinci dövrənin qalibidir

“Neftçi” Topaz Premyer Liqasının 7-ci  turunda  “Sabah”a iki  cavabsız qolla qalib gələrək milli çempionatımızın birinci dövrəsini turnir cədvəlinin zirvəsində  başa vurmuşdur. Lider yeddi oyunda 19 xal toplamışdır.

Turun digər iki oyununda  “Zirə” “Qəbələ”ni məğlubiyyətə uğratmış (1:0), “Səbail” isə  “Sumqayıt” üzərində qələbə qazanmışdır – 2:0.

“Keşlə” – “Qarabağ” görüşü oktyabrın 31-nə keçirilmişdir. Hazırda  turnir cədvəlinin ikinci pilləsində olan Ağdam klubunun altı oyundan sonra  16 xalı  var.

Səkkizinci turun görüşləri oktyabrın 20-21-də keçiriləcəkdir.

 

“Xalq qəzeti”

6 Oktyabr 2018 15:49 - İDMAN
İDMAN
14 İyun 2019 | 23:29
Maradona istefa verib
14 İyun 2019 | 00:40
Transferlərə rekord ödəniş
12 İyun 2019 | 22:18
Ən çox qazanan idmançı
10 İyun 2019 | 19:05
Saviç üçün 100 milyon avro
8 İyun 2019 | 22:10
Eden Hazard “Real”da
7 İyun 2019 | 22:45
Klub satılır

Köhnə versiyamızdan xəbərləri izlə