Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əməliyyat zamanı çəkilən foto Qızıl Medala layiq görülüb

“Leyla Medical Center”də əməliyyat zamanı çəkilən foto yüksək mükafata layiq görülüb. Klinikanın ictimaiyyətlə əlaqələr departamentindən bildiriblər ki, müsabiqə Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının xüsusi icazəsi ilə keçirilib.

“Azerbaijan Photo Salon 2020” adlı fotomüsabiqədə ilk dəfə çox sayda ölkə və iştirakçı təmsil olunub. Müsabiqəyə dünyanın 74 ölkəsindən 854 fotoqraf tərəfindən 12 min 844 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səyahət mövzuları üzrə fotolar təqdim olunub.

Fotomüsabiqəyə qatılan fotoqraf Əziz Kərimov “Leyla Medical Center”də keysəriyyə kəsiyi əməliyyatını çəkmək istəyini bildirdikdə, hazırkı dövrü də nəzərə alaraq ona klinikadan mənəvi dəstək olublar

Əməliyyatı icra edən “Leyla Medical Center”in Cərrah mama-ginekoloqu, peşəkar Dr.Natiq Məhərrəmov “xalqımıza xidmət etmək, bir-birimizə dayaq olmaq hər birimizin borcudur” deyib.

Beləliklə əməliyyat zamanı çəkilən foto müsabiqəyə göndərilib və “GOLD MEDAL”a (Qızıl Medala) layiq görülüb.

 

Hazırladı: Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

12 2020 14:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə