Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Buzlu şüşə" müalicə olunur, ən böyük problem ağciyərdə fibrozlaşmadır

“Ağciyərlərdə Kompüter Tomoqrafiya müayinəsində görülən “buzlu şüşə” əlaməti sadəcə, bir xəstəliyə xarakterik deyil. Çox xəstəlikdə görülür və spesifik deyil. Yəni bu əlamətə görə demək olmaz ki, bu, COVID-19-dur. Sadəcə, COVID-19 olanlarda “buzlu şüşə” daha çox ağciyərlərin aşağı paylarında və kənar hissələrində olur”.

Bunu Azərbaycanın tanınmış radioloqu, ATU-nun dosenti, tibb üzrə fəlsəfə doktoru Rasim Bayramov açıqlayıb.Bu barədə e-tibb.az xəbər verir. Bildirilir ki, Rasim Bayramov qeyd edib ki, koronavirus meydana çıxdıqdan sonra həkim olmayanlar belə, ağciyərdə görünən “buzlu şüşə” terminini eşidib. Zəng və mesajlarla da dəfələrlə bu haqda suallar verilir. 

Həkimin sözlərinə görə, “buzlu şüşə” geri dönən prosesdir, yəni müalicə ilə sorulur. Ancaq COVİD-19 xəstələrində ağciyərlərdə görülən ən böyük problem ağciyər toxumasının fibrozlaşması, yəni sərtləşməsidir. Digər virus mənşəli ağciyər iltihablanmasında, yəni pnevmoniyada demək olar ki, fibrozlaşma olmur.
Onun sözlərinə görə, ağciyərin fibrozlaşması geriyə döndürülə bilən hadisə deyil: “Əgər fibroz qalıcı olsa, bu xəstələrdə daima nəfəs darlığı və quru öksürək olacaq (fibrozun dərəcəsindən asılı olaraq). Ancaq erkən müalicə ilə fibrozlaşmanı yavaşlatmaq, hətta dayandırmaq mümkündür”.

Radioloq vurğulayıb ki, ona görə də xəstəliyin ilk mərhələsində alınan müalicə çox əhəmiyyətlidir: “Bu xəstələrə tövsiyəm xəstəliyini gizlətməsinlər və mütləq ixtisaslı həkim nəzarətində olsunlar. Yoxsa, qatar çoxdan getmiş olacaq...”

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

12 2020 14:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə