Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birinci vitse-prezidentin şəhid ailələrinə qayğısı tükənmir...

... Zabrat qəsəbəsi, Eldar Xəlilov küçəsi, 3-cü döngə ünvanında yeni ev tikilərək şəhid ailəsinə təhvil verilib. Məhz ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkə vətəndaşına, o cümlədən şəhid ailələrinə diqqəti və qayğısı sayəsində...

Qeyd edək ki, 1994-cü ildə Ermənistan-- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ağdərədə şəhid olan Valeri Rassoxanın oğlu İlqar Rassoxa 2 qız övladı ilə birlikdə Zabrat qəsəbəsində qəbiristanlıq ərazisində, yaşayış üçün yararsız evdə uzun müddət, çətin vəziyyətdə yaşamaq məcburiyyəti ilə üzləşiblərmiş.

Şəhid ailəsinin acınacaqlı vəziyyətdə yaşadığından xəbər tutan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rassoxa ailəsinin qəzalı vəziyyətdə olan evinin əvəzinə, bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş verib. Ən qısa zamanda Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən yeni ev inşa edilib.

Hazırda təqdim olunan ev mətbəx mebeli, həmçinin ailənin yaşaması üçün tam mebel dəstləri ilə təchiz olunub, uşaqlara geyim və oyuncaqlar alınıb. İlqar Rassoxa göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

 

Hazırladı:

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

12 2020 13:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə