Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyada koronavirus üçün peyvəndin ilk sınağı başa çatdı

Rusiyanın Seçenov Universitetində ilk dəfə könüllülər üzərində yeni növ koronavirus (COVİD-19) peyvəndinin sınağı uğurla başa çatıb, insan sağlamlığı üçün təhlükəsiz olduğu müəyyənləşib.

“RİA Novosti”nin verdiyi məlumata görə, bunu Tibbi Translasiya və Biotexnologiya Universitetinin direktoru Vadim Tarasov bildirib.

N. F. Qamalei adına Rusiya Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin hazırladığı peyvəndin sınağına iyunun 18-də başlanıb. Könüllülərin ilk qrupu iyulun 15-də, növbəti qrup isə  iyulun 20-də evə buraxılacaq. Tədqiqatların bu mərhələsi peyvəndin insan sağlamlığı üçün təhlükəsizliyini sübut etmək olub.

 

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

12 2020 13:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə