Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyada Ermənistan avtomobillərinin hərəkətinə icazə verilmir

Rusiyada Ermənistan dövlət nömrə nişanlı avtomobillərə həbs qoyulur.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, əvvəllər Rusiya ərazisində Ermənistandan olan avtomobillər təqib olunmurdu.

Məlumata görə, Rusiya qanunlarında xarici dövlət nömrə nişanlı avtomobillərdən istifadəyə dair dəqiq izah yoxdur.

Bildirilib ki, 2020-ci ilin əvvəlində Avrasiya İqtisadi İttifaqı ilə Ermənistan arasında məsələyə dair razılaşma imzalanıb. Həmin sənədə əsasən, Ermənistan dövlət nömrə nişanlı avtomobillərə Rusiya və ittifaqa daxil olan başqa ölkələrin ərazisində hərəkətinə icazə verilir.

 

12 2020 11:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə