• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 21.4 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə: həm nəzəri biliklərini artırır, həm də pul qazanırlar

Gəncə: həm nəzəri biliklərini artırır, həm də pul qazanırlar

Son illər Azərbaycan Dövlət Aqrar Universitetində bir-birindən maraqlı o qədər təşəbbüslər irəli sürülür ki, bəzən onların hamısı haqqında operativ məlumat vermək də olmur. İndi universitet həyatı beş-on il əvvəlki həyat deyil. O daha zəngin, maraqlı, yeniliklərlə dolu bir həyatdır. Ən maraqlı, səmərəli təşəbbüslərin rektorluq tərəfindən daim müdafiə olunması, ona şərait yaradılması və konkret kömək göstərilməsi tələbələri daha fəal edib.

Bu günlərdə daha bir təşəbbüs hamının böyük marağına səbəb olub.  Aqronomluq fakültəsinin 100 nəfərdən artıq tələbəsi ölkədə pambıq yığımının başlanılması ilə əlaqədar pambıqçıların yanında olmaq, onlara dəstək nümayiş etdirmək, auditoriyalarda əldə olunan nəzəri bilikləri təcrübədə möhkəmləndirmək, tətbiq olunan innovativ texnologiyalarla yaxından tanışlıq məqsədilə pambıq yığımı prosesinə qoşulub, Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin sahəsində olub.   

İndi tələbələr həm nəzəri biliklərini artırır, həm də 1 kiloqram pambığa 20 qəpik pul qazanırlar. Hər həftənin şənbə günü pambıq yığımına qoşulan tələbələr bu işin onlar üçün hərərəfli səmərəli olduğunu deyirlər.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

6 Oktyabr 2018 15:23 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin