Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Çelsi” səfərdə “Şeffild Yunayted”ə böyük hesabla məğlub olub

İyulun 11-də futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Çelsi" klubu səfərdə "Şeffild Yunayted" komandasının qonağı olub. “Bramall Lane” stadionunda keçirilən görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0. “Şeffild Yunayted”in heyətində David Makqoldrik (2) və Oliver Makburni fərqləniblər.

Bu qələbədən sonra xal ehtiyatını 54-ə çatdıran “Şeffild Yunayted” turnir cədvəlində 6-ci yerə yüksəlib. “Çelsi” isə 60 xalla üçüncü yerdə qərarlaşıb.

12 2020 10:05 - İDMAN
İDMAN
29 İyul 2020 | 22:16
İlin ən yaxşı məşqçisi

Köhnə versiyamızdan xəbərləri izlə