Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Monteneqronun Prezidenti Zati-aliləri cənab Milo Cukanoviçə

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan–Monteneqro dostluq və əməkdaşlıq münasibətləri hərtərəfli və yüksələn xətlə inkişaf etməkdədir. İnanı­ram ki, əlaqələrimizin ikitərəfli və çoxtərəfli müstəvidə möhkəmlənməsi yolunda atdı­ğımız addımlar bundan sonra da xalqları­mızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.

Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının dost Monteneqro xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə daim rifah və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyul 2020-ci il

12 2020 01:38 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə