Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Nazir Əli Əsədov Konstitusiya Məhkəməsinə sorğu göndərib

Əmanətlərin Sığortalanması Fondunun “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar həmin banklarda olan müvafiq əmanətlərin qo­runan əmanət hesab edilib-edilməməsi məsələsinə Azərbaycan Res­publikasının Konstitusiya Məhkəməsi tərəfindən şərh verilməsi üçün Nazirlər Kabinetinə göndərdiyi müraciət öyrənilib və Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi qərara alınıb.

Bu barədə Nazirlər Kabi­netinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlər Kabinetinin Konstitusiya Məhkəməsinə ünvanladığı sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası­nın Qanununun 2.1.2.6-cı maddəsinə şərh verilməsinin zəruriliyi əsaslandırılır.

AZƏRTAC

12 2020 01:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə