Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli 30 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli 30 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 744; 2000, № 1, maddə 34; 2001, № 10, maddə 640; 2002, № 8, maddə 478; 2006, № 7, maddələr 590, 593; 2009, № 11, maddə 888; 2010, № 7, maddə 610; 2015, № 1, maddə 16, № 8, maddə 915) 7-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“7. Müəyyən edilsin ki:

7.1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 93-3-cü maddəsinin altıncı hissəsinin ikinci cümləsində, 107-ci maddəsinin birinci hissəsinin üçüncü cümləsində, 110-cu maddəsinin birinci hissəsinin beşinci abzasında, 112-ci maddəsinin doqquzun­cu hissəsinin dördüncü – altıncı abzaslarında, onuncu hissəsinin ikinci – dördüncü, altıncı və yeddinci abzaslarında, 114-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

7.2. həmin Qanunun 107-ci maddəsinin birin­ci hissəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

7.3. həmin Qanunun 109-cu maddəsinin dördüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

7.4. həmin Qanunun 90-cı maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini maliyyə məsələləri üzrə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti, maddi-texniki təminat məsələləri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublika­sının ərazisində Naxçıvan Muxtar Respublikası­nın Ədliyyə Nazirliyi, altıncı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

7.5. həmin Qanunun 55-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 86-cı maddəsinin birinci hissəsində (məhkəmələrin maliyyə və digər maddi-texniki təminatı üzrə) və ikinci hissəsinin ikinci cümləsində (yalnız birinci instansiya məhkəmələrində həmin maddədə qeyd edilən sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılması üzrə), 88-ci maddəsinin dör­düncü hissəsində, 97-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində (yalnız birinci instansiya məhkəmələrinə münasibətdə) və ikinci hissəsində, 107-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqa­nının səlahiyyətlərini Naxçıvan Muxtar Respubli­kasının ərazisində Naxçıvan Muxtar Respublika­sının Ədliyyə Nazirliyi həyata keçirir;

7.6. həmin Qanunun 64-cü maddəsinin ikinci hissəsində, 80-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 86-cı maddəsinin adında, birinci hissəsində, ikinci hissəsinin birinci və ikinci cümlələrində, üçüncü və dördün­cü hissələrində, 87-ci maddəsinin ikinci və üçüncü hissələrində, 88-ci maddəsinin dör­düncü hissəsində, 91-ci maddəsində, 97-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində və ikinci hissəsində, 107-ci maddəsinin ikinci hissəsində, 112-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində və altıncı hissəsində, 114-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

7.7. həmin Qanunun 108-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirirlər;

7.8. həmin Qanunun 113-cü maddəsinin üçüncü hissəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

7.9. həmin Qanunun 88-ci maddəsinin beşin­ci hissəsində müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsi dedikdə Azərbaycan Res­publikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademi­yası nəzərdə tutulur.”.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyul 2020-ci il

 

12 2020 01:32 - FƏRMANLAR
FƏRMANLAR
18 İyul 2020 | 23:37
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 12 iyun tarixli 130-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 386 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli 113 nömrəli, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli, “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” 2015-ci il 14 iyul tarixli 554 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Köhnə versiyamızdan xəbərləri izlə