Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php:133) in /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php on line 133
Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510; 2012, № 5, maddə 423, № 11, maddə 1079; 2014, № 9, maddə 1043; 2015, № 2, maddələr 110, 140, № 6, maddə 707, № 10, maddə 1116; 2016, № 3, maddə 456, № 4, maddələr 662, 666, № 6, maddə 1062, № 11, maddə 1839; 2017, № 5, maddə 758, № 8, maddə 1521; 2018, № 2, maddələr 169, 197, № 4, maddə 677, № 6, maddə 1241, № 7 (I kitab), maddələr 1466, 1493; 2019, № 1, maddə 96, № 3, maddə 420, № 7, maddə 1228, № 8, maddələr 1402, 1406; Azərbaycan Res­publikası Prezidentinin 2020-ci il 22 may tarixli 1036 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.31-ci bənddən “, 25-ci hissəsində” və “, 85-ci maddəsinin 10-cu bəndinin “Qeyd” hissəsində” sözləri çıxarılsın;

1.2. aşağıdakı məzmunda 2.31-1-ci bənd əlavə edilsin:

“2.31-1. həmin Qanunun 53-cü maddəsinin 25-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazir­liyi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi halları istisna olmaqla, həmin Qanunun 53-cü maddəsində nəzərdə tutulmuş digər tələblərlə bağlı Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikası İn­zibati Xətalar Məcəlləsinin 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi halları ilə bağlı Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur;”;

1.3. 2.37-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.37. həmin Qanunun 85-ci maddəsinin adında, birinci hissəsinin birinci abzasında və 10-cu bəndinin “Qeyd” hissəsində” “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respubli­kası İnzibati Xətalar Məcəlləsinin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi istisna olmaqla, həmin Qanunun 85-ci maddəsinin 10-cu bəndində nəzərdə tutulmuş digər hallar üzrə Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi halı ilə bağlı Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur.”.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2, maddə 213, № 3, maddə 426, № 4, maddələr 620, 630, 649, № 5, maddələr 819, 862; 2020, № 3, maddələr 238, 240, № 4, maddə 404, Azərbaycan Respubli­kası Prezidentinin 2020-ci il 3 iyul tarixli 1084 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci və 2.2-ci bəndlərdə “346 və 346-1-ci” sözləri “346-1.1 və 346-1.5-ci” sözləri ilə əvəz edilsin, həmin bəndə “342.1.9,” rəqəmlərindən sonra “346, 346-1.2 – 346-1.4,” rəqəmləri əlavə edilsin;

2.2. 2.3-cü bənddən “346.3,” rəqəmləri çıxa­rılsın və həmin bəndə “330,” rəqəmlərindən sonra “346.3 (Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanılan iş üzrə icraatla bağlı),” sözləri əlavə edilsin;

2.3. 2.4-cü bənddən “Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Məcəllənin 346, 346-1.2 – 346-1.4-cü maddələrində,” sözləri çıxarıl­sın, həmin bənddə “və 322.0.10-cu” sözləri “, 322.0.10-cu, 346-cı və 346-1.2 – 346-1.4-cü” sözləri ilə əvəz edilsin;

2.4. 17.0-cı hissədə “346-cı, 346-1-ci” sözləri “346-1.1-ci, 346-1.5-ci” sözləri ilə əvəz edilsin, həmin hissəyə “352.0.2-ci,” sözlərindən əvvəl “346-cı, 346-1.2 – 346-1.4-cü,” sözləri əlavə edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyul 2020-ci il

12 2020 01:30 - FƏRMANLAR
FƏRMANLAR
18 İyul 2020 | 23:37
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 12 iyun tarixli 130-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 386 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli 113 nömrəli, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli, “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” 2015-ci il 14 iyul tarixli 554 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Köhnə versiyamızdan xəbərləri izlə