Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 250 Bakı şəhəri, 10 iyul 2020-ci il

Bakı İdarəetmə və Texnologiya Kolle­cinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisa­diyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, Gəncə Dövlət Regional Kollecinin, Lənkəran Dövlət Humanitar Kollecinin, Şəki Dövlət Regional Kollecinin yenidən təşkili və Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi­nin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 2.5.2-ci yarımbəndinə uyğun olaraq, orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırıl­ması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Bakı İdarəetmə və Texnologiya Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sənaye və Texnologiya Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

2. Bakı Qida Sənayesi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Qida Sənayesi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

3. Bakı Dövlət Sosial-İqtisadi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial-İqtisadi Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

4. Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universite­tinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

5. Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci Bakı Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan İqtisadiyyat və Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

6. Sumqayıt Musiqi Kolleci Azərbaycan Milli Konser-vatoriyasının nəzdində publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Musiqi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

7. Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması forma­sında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradılsın.

8. Lənkəran Dövlət Humanitar Kolleci Lənkəran Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

9. Şəki Dövlət Texniki Kollecinin Şəki Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə publik hüquqi şəxs statusuna malik olan Şəki Dövlət Regional Kolleci yaradılsın.

10. Bu Qərarın 1-9-cu hissələri ilə ya­radılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıda­kılara həvalə edilsin:

10.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

10.1.1. publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi;

10.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə:

10.2.1. bu Qərarın 10.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsi ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edil­miş digər məsələlərin həlli.

11. Bu Qərarın 1-9-cu hissələri ilə yaradı­lan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqın­da” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiy­yatına alındığı günədək, Bakı İdarəetmə və Texnologiya Kolleci, Bakı Qida Sənayesi Kolleci, Bakı Dövlət Sosial-İqtisadi Kol­leci, Bakı Humanitar Kolleci, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Sumqa­yıt Musiqi Kolleci, Gəncə Musiqi Kolleci, Gəncə Dövlət Regional Kolleci, Lənkəran Dövlət Humanitar Kolleci, Şəki Dövlət Tex­niki Kolleci, Şəki Dövlət Regional Kolleci öz fəaliyyətlərini davam etdirsinlər.

12. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Qərarın icrası ilə əlaqədar qənaət edilən maliyyə vəsaitinin kolleclərin infrast­rukturunun gücləndirilməsinə yönəldilməsini, həmçinin azad olmuş maddi-texniki bazanın təhsil sisteminin məqsədləri üçün istifadə olunmasını təmin etsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 745, № 10, maddə 969, № 12, maddələr 1241, 1245; 2012, № 3, maddə 257, № 4, maddə 399, № 6, maddələr 633, 634, № 12, maddə 1346; 2013, № 6, maddə 775, № 9, maddə 1130; 2014, № 1, maddə 72, № 2, maddə 214, № 6, maddə 751, № 7, maddə 907, № 9, maddə 1120; 2015, № 3, maddə 336, № 6, maddə 807, № 8, maddə 966, № 10, maddələr 1226, 1229, № 12, maddə 1571; 2016, № 1, maddə 176, № 2 (II kitab), maddə 373, № 3, maddə 622, № 5, maddə 957, № 6, maddə 1209, № 10, maddə 1723, № 11, maddə 1919; 2017, № 2, maddələr 285, 302, 319, № 6, maddələr 1223, 1226; 2018, № 11, maddələr 2429, 2456, № 12 (II kitab), maddələr 2739, 2759; 2019, № 11, maddə 1853; Azərbaycan Respublika­sı Nazirlər Kabinetinin 2020-ci il 24 mart tarixli 107 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi­nin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Orta ixtisas təhsili müəssisələri” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

13.1. 11-ci, 12-ci, 13-cü, 15-ci, 18-ci, 21-ci, 22-ci və 25-ci hissələr aşağıdakı redaksiyada verilsin:

“11. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnolo­giya Kolleci

12. Azərbaycan Dövlət İqtisad Universi­tetinin nəzdində Qida Sənayesi Kolleci

13. Azərbaycan Dövlət İqtisad Universi­tetinin nəzdində Sosial-İqtisadi Kollec

15. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humani­tar Kollec

18. Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec

21. Azərbaycan Milli Konservatoriyası­nın nəzdində Sumqayıt Musiqi Kolleci

22. Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec

25. Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec”.

13.2. 24-cü və 27-ci hissələr ləğv edilsin.

 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə