Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda koronavirusa daha 531 nəfər yoluxub, 514 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 531 yoluxma faktı qeydə alınıb, 514 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında ope­rativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 23 min 521 nəfərin koronavirus infeksiya­sına yoluxması faktı müəyyən edilib. Onlardan 14 min 607 nəfər müalicə olunaraq sağalıb, 298 nəfər vəfat edib. Aktiv xəstə sayı 8616 nəfərdir.

Ötən müddət ərzində 560 min 356 test aparılıb. Bugünkü test sayı isə 8045-dir.

“Xalq qəzeti”

11 2020 22:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə