Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq təşkilatlar siyasi riyakarlıqdan əl çəkməlidirlər

“Beynəlxalq təşkilatlar artıq ağa qara deməkdən, ikili standartlardan, siyasi riyakarlıqdan əl çəkməlidirlər. 30 ildən çoxdur ki, işğalçılıq və təcavüzkarlıq siyasəti yeridən, bu gün də öz təxribatlarından, terror akt­ları törətməkdən əl çəkməyən Ermənistana artıq sanksiya tətbiq etməyin vaxtıdır. İkili standartlar­dan əl çəkməyən təşkilatlar, nəhayət işğalçı dövlətin beynəlxalq hüquq normalarına hörmətsizliyinin qar­şısını almalı, ona qarşı təzyiq mexanizmlərini işə sal­malı, işğal faktına son qoymağa məcbur etməlidirlər.

Xüsusilə də, 25 ildən çoxdur ki, münaqişənin tənzimlənməsində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu öz qəti sözünü deməli, birmənalı möv­qeyini ortaya qoymalıdır. Artıq Azərbaycan cəmiyyəti beynəlxalq birlikdən, ATƏT- in Minsk qrupundan qəti və konkret mövqe gözləyir. Mənasız bəyanatlar kimsəyə lazım deyil”. Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini, professor Jalə Əliyeva bu fikirləri Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəyə münasibət bildirərkən səsləndirdi.

Deputat dedi ki, Prezident İlham Əliyev jurnaistlərin suallarını cavablandırarkən birmənalı və sərt mövqeyini bir daha ifadə etdi. Xüsusilə, ATƏT-in Minsk qrupunu özfəaliyyətə son qoymağa, işğal faktı­nın aradan qaldırılmasına, Ermənistanın cəzalandırılmasına yönələn konkret addımlar atmağa çağırış etdi. Ölkə Prezidenti bir daha Minsk qrupuna açıq şəkildə öz mövqeyini bil­dirdi: “Ermənistanın baş naziri deyir “Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun forma­laşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər! Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qon­darma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik...”.

Dövlət başçımızın qeyd etdiyi kimi, 30 ildən çoxdur ki, işğaldan, təcavüzdən əziyyət çəkən bir xalq və dövlət olaraq, vasitəçilik missiyasını üzərinə götürənlərdən, Minsk qru­pundan aydınlıq, hesab tələb edirik. Təəssüf ki, həmin təşkilatlar siyasi riyakarlıq nümayiş etdirir, ayrı-seçkilikdən əl çəkmir və işğalçı­nı öz adı ilə çağırmırlar. Bu da beynəlxalq ictimaiyyətdə haqlı narazılığa səbəb olur. Bü­tün bunlar özlərini insan hüquq və azadlıqla­rının müdafiəçisi kimi təqdim edən beynəlxalq təşkilatların Ermənistanın bütün təxribatlarını, vandalizmini, fitnəkarlıqlarını görməzlikdən irəli gəlir.

Deputat bildirdi ki, bu ədalətsizlik uzun müddət davam edə bilməz. Bizim də səbrimizin sonu, həddi var. Ona görə də Minsk qrupu söz oyununa, ikili standart­lara, siyasi riyakarlığa son qoymalı, quru bəyanatları, vədləri bir kənara tullayıb, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə öz töhfəsini verməlidir. Neçə illərdir davam edən eyni sözlərdən ibarət bəyanatlar, vədlər dövrü artıq çoxdan geridə qalıb. Qərəzli təşkilatlar beynəlxalq hüquq normalarına hörmətlə yanaşaraq, nəhayət, siyasi riyakarlıqdan əl çəkərək işğalçı Ermənistana həddini və yerini göstərməlidirlər.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

12 2020 01:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə