Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub

Pandemiya jurnalistlərin də fəaliyyətinə təsir edir, doğru olmayan məlumatların yayılması medianın işini çətinləşdirir. Hazırda feyk xəbərlərlə mübarizə informasiya agentliklərinin fəaliyyətinin əsas istiqamətinə çevrilib. Bu fikirləri France Press agentliyinin prezidenti Fabris Fris Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv agentliklərin onlayn görüşündəki məruzəsində səsləndirib.

O, pandemiya dövrünün informasiya agentliklərinin fəaliyyətinə təsirindən danışaraq deyib: “Hazırkı vəziyyət sifarişlərin azalması­na səbəb olur. Buna bax­mayaraq, biz fəaliyyətimizi şaxələndirməyə, yeni sahələrdə özümüzü sı­namağa çalışırıq. Feyk xəbərlərlə mübarizə bi­zim fəaliyyətimizin əsas istiqamətinə çevrilib. İndiki dövrdə buna həqiqətən bö­yük ehtiyac var”.

Vebseminarda çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Asla­nov vurğulayıb ki, hazırda qlobal müstəvidə səylər və birgə addımlar mövcud problemlərin həlli baxımın­dan mühüm rol oynaya bilər. COVID-19 ilə mübarizədə ölkəmizin qlobal həmrəylik təşəbbüslərini diqqətə çatdıran İdarə Heyətinin sədri deyib: “Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının bu mövzuya həsr olunmuş videokonfran­sında Prezident İlham Əliyev BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu təşəbbüsü 130 ölkə dəstəklədi və Assambleya­nın keçiriləcəyi gün uzaqda deyil”.

Aslan Aslanov avropalı həmkarlarını AZƏRTAC-da fəaliyyətin epidemioloji şəraitə necə uyğunlaşdırıldı­ğı barədə məlumatlandırıb. Həmçinin qeyd edib ki, informasiya agentlikləri pan­demiyanın başlanğıcından bəri feyk xəbərlərlə mübarizə işinə qlobal səviyyədə bö­yük töhfələr veriblər və bu istiqamətdə səyləri davam etdirirlər.

Böyük Britaniyanın Press Association Agentliyinin baş icraçı direktoru Klayv Marşal, EANA-nın prezidenti, Almaniyanın DPA agent­liyinin baş icraçı direktoru Piter Kropş, İtaliyanın ANSA agentliyinin baş direktoru Stefano De Alessandri və başqaları müzakirələrdə iştirak edərək xəbər agentliklərinin gələcəyi, böhran vəziyyətlərinin jurna­listikaya təsirləri, mətbuatın transformasiya istiqamətləri barədə fikirlərini bildiriblər.

Qeyd edək ki, Avropa Xəbər Agentlikləri Alyansı 1956-cı ildə Strasburqda təsis olunub. Dünya infor­masiya siyasətinə mühüm təsir imkanlarına malik bu media təşkilatı öz sıralarında Avropanın 32 aparıcı xəbər agentliyini birləşdirir. Buraya Böyük Britaniyanın Press Association, Fransanın Fran­ce Press, Almaniyanın DPA, İspaniyanın EFE, Rusiyanın TASS, Türkiyənin Anadolu kimi böyük agentlikləri daxil­dir. 2008-ci ildən EANA-nın üzvü olan AZƏRTAC təşkilatın fəaliyyətində yaxın­dan iştirak edir.

12 2020 01:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə