Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“YUĞ” teatrının oktyabr ayı üçün repertuarı bəllidir

“YUĞ” teatrının oktyabr ayı üçün repertuarı bəllidir

Azərbaycan Dövlət «YUĞ» teatrı bu ilin oktyabr ayı üçün repertuarını açıqlayıb. Bu barədə teatrın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu ay teatrsevərlər  A.B.Kasaresin “Qəbir qazma üsulu” (6 oktyabr), T.Narın “Şok” (7 oktyabr), A.P.Çexovun “Təklif”, (13 oktyabr), R.Akutaqavanın “Müəmmalı bir qətlin üç versiyası” (premyera) (28 oktyabr)  tamaşalarına baxa bilərlər.

Teatrın repertuarında həmçinin Azərbaycan müəlliflərinin də əsərləri yer alır.

Onlar arasında M.F.Axundzadənin əsərləri əsasında “Naməlum Axundzadə” ( 20 oktyabr),  T.Vahidin “Quş dili” (21 oktyabr), Mərcan Dədə “Rindü Şeyda” (27 oktyabr) tamaşaları teatrsevərlərə təqdim ediləcək.

 

Əfsanə BAYRAMQIZI,
  “Xalq qəzeti”

6 Oktyabr 2018 12:41 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə