Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ÜST mütəxəssisləri Çinə səfər edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri koronavirus pandemiya­sının (COVID-19) mənşəyinin öyrənilməsi məqsədilə Çin Xalq Respublikasına (ÇXR) səfər ediblər. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, bu barədə təşkilatın nümayəndəsi Marqaret Harris jurnalistlər üçün təşkil olunan mətbuat konfransında deyib. Bildirilir ki, ekspertlər qrupunun tərkibinə epidemioloq və zooloqlar da daxildir.

Xatırladaq ki, hələ bir neçə gün öncə – iyulun 8-də ÜST-ün Baş direktoru Tedros Gebreyesus Çinə səfər edəcək mütəxəssislərin əsas vəzifəsinin təşkilatın rəhbərlik etdiyi beynəlxalq missiya üçün iş planı hazırlamaq olduğunu bildir­mişdi. Ekspertlər virusun heyvan mənşəyi barədə araşdırma aparacaq və onun heyvanlardan insanlara necə keçdiyini müəyyənləşdirəcəklər.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

11 2020 23:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə