Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Donald Tramp: Rusiya Əfqanıstan münaqişəsinə qoşulmaq niyyətindən çox uzaqdır

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, silahlara nəzarət üzrə Rusiya ilə birgə işlər Vaşinqton və Moskva arasında ikitərəfli münasibətlərin ən vacib aspektlərindəndir. Bu barədə dövlət başçısı “The Washington Post”a müsahibəsində bildirib. Məlumatı “İnterfaks.ru” verib.

Dünən dərc olunmuş müsahibədə ABŞ Preziden­ti qeyd edib: “Bizim görə biləcəyimiz işlər arasında nüvə silahları üzərində nəzarətdən əhəmiyyətli bir məsələ yoxdur”.

Tramp əlavə edib ki, demək olar, hər həftə Rusiyaya qarşı yeni sank­siyalar tətbiq etməklərinə baxmayaraq, onun Rusiya Prezidenti Vladimir Putinlə münasibətləri “ümumiyyətlə, çox yaxşıdır”.

Əfqanıstan müharibəsi kontekstində Rusiya ilə münasibətlərdən danışan Tramp bəyan edib ki, Rusiya bu münaqişəyə qoşulmaq niyyətindən çox uzaq­dır: “Onlar uzun müddət Əfqanıstanda olublar. Sovet İttifaqı, məhz, Əfqanıstana görə Rusiyaya çevrildi, çünki onlar bu ölkədə çox ağır zərbə aldılar”.

Müxbirin “ABŞ öz qo­şunlarını Əfqanıstandan tamamilə çıxarandan sonra Rusiyanın bu ölkəyə qayıt­maq istəməsinə necə baxırsı­nız” sualına Prezident Tramp belə cavab verib: “Əgər onlar Əfqanıstana qayıtmaq istəyirlərsə, buyursunlar”.

Xatırladaq ki, bu günlərdə “The New York Times” Ru­siyanın hərbi kəşfiyyatının “Taliban”ı ölkədəki koalisiya qüvvələrinə qarşı hücu­ma təhrik etməsi barədə məlumatlar yaymışdı. Amma Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov və RF XİN bu məlumatların tamamilə yalan olduğunu bildirmişdi.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

11 2020 23:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə