Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşsizliyə görə müavinət üçün müraciət edənlərin sayı artır

“Bloomberg” agentliyi ABŞ-ın Əmək Nazirliyinin məlumatına istinadən bildirir ki, daha 1,3 milyon ölkə vətəndaşı işsizliyə görə müavinət üçün müraciət edib.

Agentlik yazır ki, işsizliyə görə müavinət üçün yeni müraciətlərin sayının azalma­sına baxmayaraq, – martın sonlarında bu rəqəm 6,9 milyona çatmışdı, – göstərici hələ də yüksək hesab olunur. Üç aydan çox müddətdə hər həftə ərzində azı 1 milyon müraciət olunub. Koronavi­rus pandemiyasına qədər işsizliyə görə müavinət üçün nazirliyə 1982-ci ildə olan 695 min müraciət həftəlik müraciətlərin sayının son rekord göstəricisidir.

ABŞ Əmək Nazirliyinin son göstəriciləri sübut edir ki, bəzi müəssisələr pan­demiya məhdudiyyətlərinin yumşaldılması ilə bağlı öz fəaliyyətlərini bərpa etməyə başlayıblar. Lakin buna bax­mayaraq, ABŞ-da təqribən 18 milyon nəfər hələ də işsizliyə görə müavinət alır. Pandemiyanın başlanması ilə 45 milyondan artıq amerikalı işini itirib.

Əmək Nazirliyinin statistik məlumatına müvafiq olaraq, işsizlərin rəsmi sayı iyun ayında 11,1 faiz təşkil edib. Böhran nəticəsində daha çox əziyyət çəkən sahələrə mehmanxana biznesini, pərakəndə ticarəti, qida və turizm sahələrini aid etmək olar.

R.ATAKİŞİYEV, “Xalq qəzeti”

11 2020 23:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə