Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Fransa mallarına əlavə gömrük rüsumu tətbiq edir

Birləşmiş Ştatlar hökuməti Fransadan idxal olunan 1,3 milyard dollarlıq məhsula 25 faiz həcmində əlavə gömrük rüsumü tətbiq edib. Bu barədə BBC məlumat yayıb.

Qeyd olunur ki, rəsmi Vaşinqto­nun bu qərarı 180 gün sonra qüvvəyə minəcək.

Ağ ev rəhbərliyi bu qərarı Parisin ABŞ-ın rəqəmsal xidmət şirkətləri üçün vergi tətbiq etməsinə cavab olaraq qəbul etdiyini bildirib.

ABŞ rəsmiləri Parisin bu addımını ədalətsizlik adlandırıb və buna dözmək niyyətində olmadığını açıqlayıblar.

M.QƏZƏNFƏROĞLU, “Xalq qəzeti”

11 2020 23:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə