Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Real” La Liqada liderliyi davam etdirir

“Eurosport”un məlumatına görə, İspaniya La Liqasının 35-ci turuna “Real” – “Deportivo Alaves” görüşü ilə yekun vurulub. Məlumata görə, görüş Madrid təmsilçisinin 2:0 hesablı qələbəsilə başa çatıb. Həmçinin, bu matç 35-ci turun son qarşılaşması olub.

Bildirilir ki, Alfredo Di Ste­fano stadionunda keçirilən oyunun 11-ci dəqiqəsində Kərim Benzema fərqlənib. Fasilədən sonra “Real”ın digər futbolçusu Marko Asensio rəqib qapısından ikinci topu keçirərək koman­dasına çempionluq yolunda vacib üç xalı qazandırıb.

Bu qələbə sayəsində xal ehtiyatını 80-ə çatdıran madridlilər turnir cədvəlində liderliyi davam etdirir və əzəli rəqibi “Barselona”dan 4 xal irəlidədir.

“Deportivo Alaves” isə 35 xalla 17-ci pillədə qərarlaşıb.

Qeyd edək kli, növbəti turda “Real” səfərdə “Qranada”nın qonağı ola­caq. Paytaxt təmsilçisinin ən yaxın izləyicisi olan “Barse­lona” klubu isə doğma mey­danda “Osasuna”nı sınağa çəkəcək.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

11 2020 23:52 - İDMAN
İDMAN
7 Avqust 2020 | 22:14
Rekord təkrarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə