Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təbii fəlakət

Nepalın qərbində leysan yağışları təbii fəlakətə səbəb olub. Bildirilir ki, ərazidə daşqın və torpaq sürüşmələri baş verib. Hadisə nəticəsində 23 nəfər həlak olub. Çoxlu sayda yaşayış evi dağılıb, kənd təsərrüfatına ciddi zərər dəyib. Məlumata görə, Nepalın dağlıq ölkə olması axtarış-xilasetmə işlərini xeyli çətinləşdirir. Lakin bütün bunlara baxmayaraq, xilasedicilər 50-dək insanı dağıntılar altından çıxarmağa müvəffəq olublar.

Məlumatı “Reuters” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

11 2020 23:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə