Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nikotinə qarşı kampaniya

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun nikotin istifadəçiləri üçün ağır fəsadlarını nəzərə alaraq, bu asılılığa qarşı mübarizə məqsədilə kampaniya başladıb. Məqsəd, dünyada ümumi sayı 1,3 milyard nəfərə çatan nikotin alüdəçilərini bu pis vərdişdən əl çəkməyə sövq etməkdir. ÜST-ün Baş direktoru Tedros Qebreyesus bildirib ki, kampaniyaya ilk olaraq İordaniyada start veriləcək və yaxın aylarda dünyanın digər ölkələrində davam etdiriləcək. Kampaniyanın İordaniyada başladıl­masına səbəb isə bu ölkədə gənclər arasında nikotin aludəçilərinin həddən çox olmasıdır.

Xəbəri “Euronews” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

11 2020 23:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə