Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni pikap istehsal edilib

ABŞ-ın nüfuzlu “Ford” avtomobil şirkəti yeni istehsal etdiyi “Ford” “F-150” pikapını ictimaiyyətə təqdim edib. Model Şimali Amerika bazarında öz sinfindəki satış cədvəlində birinci yeri tutub. Bildirilir ki, avtomobil ən son naviqasiya texnologiyaları ilə yanaşı, 3,5 litrlik V6 turbomühərriklə təchiz edilib. Yeni modelin, eyni zamanda, elektrik mühərriki ilə çalışan versiyası da hazırlanıb. Pika­pın kütləvi istehsalına oktyabr ayında Miçiqanda, noyabr­da isə Kanzas Sitidə start veriləcəkdir.

Məlumatı “Autonews” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

11 2020 23:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə