Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qazprom”un gəliri azalıb

“Qazprom” şirkəti 2020-ci ilin ikinci rübündə xarici bazarlardan 3,5 mil­yard dollar gəlir əldə edib. Bildirilir ki, birinci rüblə müqayisədə ikinci rübdə şirkətin ixracatdan əldə etdiyi gəlir iki dəfə azalıb. Qeyd edilir ki, şirkət ixracatdan sonuncu dəfə bu qədər az vəsaiti 2002-ci ildə qazanıb.

Bildirilir ki, şirkətin fəaliyyətinə təkcə pandemiya yox, həm də son illər mülayim qış ucbatından qaza tələbatın azalması, eləcə də ABŞ, Qətər və Afrikadan sıxılmış qaz ixracının artması problemlər yaradıb.

Xəbəri “Finanz.ru” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

11 2020 23:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə