Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vladimir Nikiforov: Azərbaycanlı həkimlər təkcə koronavirus infeksiyasının müalicəsində deyil, həm də digər sahələr üzrə çox inkişaf edib

Rusiyalı baş infeksionist Vladimir Nikiforov bildirib ki, azərbaycanlı həkimlər təkcə koronavirus infeksiyasının müalicəsində deyil, həm də digər sahələr üzrə çox inkişaf edib.

 

Vladimir Nikiforov məsləhət xidməti, eləcə də koronavirus infeksiyası iə mübarizədə təcrübə mübadiləsi ilə bağlı Rusiyaya, xüsusən də Federal Tibbi-Bioloji Agentliyə müraciət etdikləri üçün Azərbaycan rəhbərliyinə və Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

V.Nikiforov qeyd edib ki, Azərbaycan kifayət qədər inkişaf etmiş ölkədir: "Artıq sizdə də koronavirus infeksiyasının müalicəsi ilə bağlı böyük təcrübə yaranıb. Ona görə də biz buraya azərbaycanlı həkimlərin təcrübəsi ilə tanış olmağa gəlmişik ki, xəstələrin müalicəsinə vahid yanaşmanı uyğunlaşdıraq. Azərbaycanda olduğumuz qısa müddət ərzində biz Bakıda 3 iri xəstəxananı ziyarət etdik və həmkarlarımızın xəstələrin müalicəsinə yanaşması ilə tanış olduq. Böyük məmnunluqla bildirirəm ki, azərbaycanlı həkimlər təkcə koronavirus infeksiyasının müalicəsində deyil, həm də digər sahələr üzrə çox inkişaf edib".

Rusiyalı həkimin sözlərinə görə, bu cür mürəkkəb fors-major vəziyyətində, infeksiya ilə mübarizənin altı ayı ərzində həm Rusiyada, həm də Azərbaycanda bu işə cərrahlar, ginekoloqlar, eləcə də digər sahədən olan həkimlər qoşulub: "Azərbaycan koronavirusun müalicəsində öz protokollarını hazırlayıb, amma biz də müalicə ilə bağlı təcrübəmizi bölüşə bilərik. Çünki Rusiyada bu infeksiya daha əvvəl qeydə alınıb, bundan əlavə, bizim ölkəmiz daha böyükdür və müvafiq olaraq yoluxanların sayı dəfələrlə çoxdur. Biz çox səhvlər etsək də, bizim praktiki təcrübəmiz daha çoxdur".

11 İyul 2020 15:05 -

Köhnə versiyamızdan xəbərləri izlə