Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

GƏDƏBƏY: 106 il əvvəl dayanmış vaqon yola düşəcək...

Gədəbəy-Qalakənd arasında çəkilmiş bir dəmiryolu xətti var. Vaxtilə bu dağlarda iş görən Siemens qardaşları tərəfindən çəkilib. İndi xeyirxah insanların və bölgədə turizmin inkişaf etdirilməsi üçün yollar axtaran rayon icra hakimiyyətinin və digər struktur rəhbərlərinin köməyi ilə həmin xəttin Düzyurd kəndindən «Qanlı körpü» adı ilə tanınan körpüyədək  olan 1,1 kilometrlik hissəsi yenidən qurulacaq. Yəni 1914-cü ildə bu yerlərdə işlərini dayandıran Siemens qardaşlarının istifadəsində olan  33 vaqondan biri işə salınacaq. Təbii ki,  turistlər üçün, tarixi bir daha vərəqləmək üçün…

Artıq arzular, təkliflər reallaşmaq üzrədir. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin təşəbbüsü ilə həmin xəttin 1,1 kilometrlik hissəsinin tarixi özünəməxsusluğu saxlanılmaqla yenidən qurulması üçün Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin və Dövlət Turizm Agentliyinin Gəncə Regional bölməsinin məsul işçiləri Gədəbəyə gəlmişlər. Onlar bərpa olunacaq hissəyə yerində baxış keçirmiş, müzakirələr aparmış və 1883-cü ildə adıçəkilən dəmir yolunda istifadə edilmiş vaqona baxmışlar. 

Görüş zamanı İbrahim Mustafayev bu əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək rayonun turizm potensialı və turizm istiqamətində həyata keçirilən layihələr barəsində məlumat vermişdir.O,kənd təsərrüfatı ilə yanaşı, turizmin də aparıcı sahəyə çevrilməsinin rayonun uzunmüddətli inkişaf planında qarşıya qoyulmuş məqsədlərdən biri olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki,      

Gədəbəy ərazisində turizmin inkişaf etdirilməsi üçün mövcud olan 109 qorunan abidə, alman irsinin izləri, 26 adda mineral bulaq və təbiət abidələri önəmli rol oynayır.    

Məlumat üçün bildirək ki, müzakirə olunan layihə «Azərbaycan Dəmir Yolları»  QSC tərəfindən təqdir edilib və qurumların bu istiqamətdə qarşılıqlı əməkdaşlığa başlayacağı gözlənilir.

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri
                

11 2020 14:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə