Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Venesuelada fövqəladə vəziyyət rejimi daha bir ay uzadılıb

Venesuelanın vitse-prezidenti Delsi Rodriges VTV telekanalının efirində bildirib ki, ölkədə koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş fövqəladə vəziyyət rejimi daha 1 ay müddətinə uzadılıb.

Prezident Nikolas Maduronun qərarı ilə  ölkədə fövqəladə vəziyyət artıq dördüncü dəfədir ki, uzadılır. Venesuelada fövqəladə vəziyyət martın 13-də elan edilmişdi. Rejim azı avqustun 10-dək davam edəcək.

Ötən sutka ərzində Venesuelada 431 yeni yoluxma, 3 ölüm halı qeydə alınıb. Bu günədək yoluxanların sayı 8 803, ölənlərin sayı isə 83 nəfərə çatıb.

Qeyd edək ki, koronavirusla mübarizə tədbirlərinə sərf etmək məqsədilə Maduro ölkənin İngiltərə bankında saxlanan qızıl ehtiyatından 1 milyard dollar məbləğində qızılın götürülməsinə qərar vermişdi. Lakin Böyük Britaniya məhkəməsinin qərarına əsasən İngiltərə bankı qızılın Venesuelaya verilməsindən imtina edib. Məhkəmə bildirib ki, Britaniya hökuməti Venesuelanın legitim lideri kimi prezident Maduronu deyil, müxalifətrçi Quaydonu tanıyır.

Venesuelanın Mərkəzi Bankının vəkilləri Britaniya Yüksək Məhkəməsinin qərarını əsassız hesab edərək onun ləğvi üçün şikayət ərizəsi ilə müraciət ediblər.  

11 2020 13:18 -

Köhnə versiyamızdan xəbərləri izlə