Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyalı həkim: Azərbaycanda reanimasiya şöbələrinin təchizat səviyyəsi heyranlıq doğurur

Rusiyalı həkim-pulmonoloq Aleksandr Averyanov bildirib ki, Azərbaycanda reanimasiya şöbələrinin təchizat səviyyəsi heyranlıq doğurur.

 Aleksandr Averyanov qeyd edib ki, Azərbaycanın səhiyyə sistemi və ölkədəki mütəxəssislərin hazırlığı ilə tanışlıq onda xoş təəssürat yaradıb: "Biz bir neçə klinikada olduq. Bunlar ayrı-ayrı klinikalar idi və deyərdim ki, ən elit və ya ən öndə gedən klinikalar deyildi. Adi, sıravi xəstəxanalar idi. Bu xəstəxanaların reanimasiya şöbəsinin təchiz olunması yüksək səviyyədə və tərifəlayiq idi. Dünənki klinikalardan birində dedik ki, bizim yüksək göstəricili oksigen qurğusuna ehtiyacımız var. Bu qurğu oksigeni 60 litrə qədər tənzimləyə bilir və bununla da xəstənin ciyərlərinin süni ventilyasiya edilməsindən qaçmaq olar. Bu gün isə ağır bir xəstənin müayinəsi üçün həmin xəstəxanaya geri döndük və yüksək göstəricili oksigen qurğusu artıq var idi".

A.Averyanov vurğulayıb ki, eyni məsələ dərmanlara da aiddir: "Biz bilirik ki, Rusiyada koronavirusun müalicəsi üçün favipiravir preparatının istehsalı başlayıb. Amma bizə o, hələ çatmayıb. Siz təsəvvür edin, dünən biz Saransk istehsalı olan o dərmanı gözümüzlə gördük. Azərbaycanda bu dərman var, amma Moskvada, öz klinikamızda, nümayəndə heyətimizin üzvlərinin təmsil etdiyi digər klinikalarda isə yoxdur. Mən hətta bilirəm ki, 2015-ci ildə Ebola qızdırmasının müalicəsi üçün istifadə olunan erindozevir preparatının tədarükü ilə bağlı müqavilə imzalanıb və hazırda Azərbaycana gətirilir. Bu preparat reanimasiya şöbələrində ağır xəstələr üçün nəzərdə tutulub. Bunu yalnız arzulamaq olar. Məsələn, Avropada bu preparat hələ də yoxdur".

11 2020 12:38 -

Köhnə versiyamızdan xəbərləri izlə