Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ÜST: Dünyada koronavirusa yoluxanların sayı ötən sutka ərzində 228 mindən çox artıb

Dünyada koronavirusa yoluxan insanların sayı son sutka ərzində 228 mindən çox artıb.

Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında  bildirilir ki, ötən sutka ərzində 228 102 nəfər yeni koronavirusa yoluxub, 5 565 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 12 102 328, ölənlərin isə 551 046 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 6 264 626 yoluxma və 276 370 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 868 080, ölənlərin sayı isə 202 341 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 204 698 yoluxma və 28 664 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır

11 2020 11:43 -

Köhnə versiyamızdan xəbərləri izlə