Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: Əhali sayı təxminən Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrdə koronavirusa yoluxma sayı 60-70 mini ötür

Koronavirus infeksiyasına qarşı mübarizə ölkəmiz üçün bir nömrəli məsələdir. Bu mübarizəyə dövlət bütün resurslarını səfərbər edib, vətəndaşların sağlamlığının qorunması məsələsi önə çəkilib.

Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq son illərdə ölkəmizin səhiyyə infrastrukturu yenidən qurulub, bütün regionlarda müasir tələblərə cavab verən xəstəxanalar tikilib istifadəyə verilib: “Əgər vaxtında səhiyyəmiz yenidən qurulmasaydı, ÜST-in elan etdiyi COVİD-19 qlobal pandemiyası həyatımıza girəndə səhiyyəmiz buna dözməzdi. Qısa bir zamanda 45 xəstəxana koronavirus xəstələrinin müalicəsinə cəlb olundu ki, bunların da 36-sı Prezident İlham Əliyevin sərəncamları ilə son dövrlərdə tikilib istifadəyə verilib.

Ölkə başçısının uzaqgörən siyasəti həm ölkəmizin iqtisadi inkişafında, həm də insanların sağlamlığının qorunmasında özünü göstərir. Məsələn, cənab Prezident modul tipli 10 yeni  xəstəxananın tikintisinə tapşırıq verəndə hamı fikirləşirdi ki, bu xəstəxanalar niyə tikilir və ya buna ehtiyac yoxdur. Çünki həmin vaxt Azərbaycanda virusa yoluxanların sayı çox cüzi idi və insanlar da bunu ciddi qəbul etmirdi.

Amma son bir ayın dinamikası onu göstərdi ki, modul xəstəxanaların tikintisi ilə bağlı tapşırıq vaxtında verilb. Bu gün koronavirus infeksiyasına gündəlik yoluxma sayının 500-dən artıq olması, xəstəlikdən ölüm halları hamını narahat etməyə başlayıb.

FHN tərəfindən inşa olunmuş 800 yerlik yeni bir modul xəstəxanasının iyulun 6-da açılışı olub, 1-1,5 ay ərzində 1300 çarpayılıq daha bir yeni modul xəstəxana istifadəyə veriləcəkdir. Ümumiyyətlə qısa bir zamanda bütün regionlar əhatə olunmaqla 20 yeni modul xəstəxanasının tikilib istifadəyə verilməsi nəzərdə tutulur ki, bu da səhiyyəmizə koronavirus infeksiyasının yoluxma dinamikasını nəzarətdə saxlamığa imkan verəcək”.

A.Badamov vurğulayıb ki, ölkəmizdə koronavirus infeksiyasına qarşı mübarizə uğurla aparılır: “Əhalisi təxminən bizim qədər olan inkişaf etmiş ölkələrdə bu infeksiyanın yoluxma dinamikasına nəzər yetirsək, görürük ki, həmin ölkələrdə yoluxmaların sayı 60-70 mini, ölənlərin sayı isə on minləri ötüb. Bizdə bu göstəricilərin müqayisədə çox aşağı olmasını səhiyyəmizin uğuru hesab edirəm”.

11 2020 11:36 -

Köhnə versiyamızdan xəbərləri izlə