Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bərpa olunan enerji sahəsinə əlavə investisiyaların cəlb edilməsinə dair müzakirələr aparılıb

Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə nazirlikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 may tarixli iclasında təsdiq ediImiş "Bərpa olunan enerji sahəsinə əlavə investisiyaların cəlb edilməsi üzrə Tədbirlər Planı”nın icrası müzakirə edilib. On tədbir üzrə görülən işlər diqqətə çatdırılıb. 

Energetika Nazirliyindən verilən məlumatda bildirilir ki, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə 240 MVt gücündə külək və 200 MVt gücündə günəş enerjisi üzrə pilot layihələrin icrası istiqamətində torpaqla bağlı məsələlərin həll edildiyi, külək-ölçü müşahidə stansiyalarının quraşdırıldığı, “Enerji alqı-satqı Müqaviləsi”, “İnvestisiya Müqaviləsi”, “Ötürücü Şəbəkəyə Qoşulma Müqaviləsi” və “Torpaq İcarə Müqaviləsi” sənədlərinin investorlara təqdim edildiyi və imzalanmanın gələn aya planlaşdırıldığı qeyd olunub. İnvestorlara veriləcək maliyyə və qeyri-maliyyə öhdəlikləri üzə dövlət zəmanətləri müəyyənləşdirildiyi, layihələrin iqtisadi, ekoloji və sosial qiymətləndirilməsinin aparıldığı diqqətə çatdırılıb. Bildirilib ki, şəbəkənin gücləndirilməsi və layihələrin şəbəkəyə inteqrasiyası ilə bağlı enerjisistemin idarə olunması, elektrik enerjisinin ötürülməsi, rele-mühafizə və avtomatika üzrə tədbirləri əhatə edən müvafiq texniki şərt layihələri və qoşulma sxemləri hazırlanıb, eyni zamanda ən optimal variantın seçilməsi üzrə tədbirlər davam etdirilir.  
QoyuIuş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək 30%-a çatdırılması məqsədilə elektrik şəbəkəsinə qoşulacaq əlavə güclərin dövrlər üzrə optimal həddinin müəyyən edilməsi tədbiri üzrə məsləhətçi şirkət cəlb etməklə müvafiq təkliflərin hazırlanmasına başlanılıb. Bərpa olunan enerji üzrə əlavə güclər üçün ərazilərin müəyyən edilməsi və hərraca çıxarılması ilə bağlı fikir mübadiləsi aparılıb.  
Bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı təkliflər təqdim etmiş şirkətlərlə əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.  
Bərpa olunan enerji mənbələri ərazilərində elektrik stansiyalarının tikintisinə icazələrin və istismara qəbulun sadələşdirilmiş prosedurlarının hazırlanmasından irəli gələn məsələlər də geniş müzakirə edilib.  

11 2020 11:17 -

Köhnə versiyamızdan xəbərləri izlə