Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milyarderlər sıralamasında İlon Mask Baffetti ötdü

Amerikalı sahibkar İlon Mask milyarderlər siyahısında yeddinci yeri tutub.

Bloomberg agentliyi tərəfindən tərtib edilmiş reytinqə görə İlon Mask "Berkshire Hathaway" investisiya fondunun başçısı Uorren Baffeti geridə qoyub.

Bildirilir ki, "Tesla" şirkətinin səhmlərinin qiyməti qalxdığı üçün onun sərvəti 6,1 milyard dollar artaraq 70,5 milyarda çatıb. 10-cu pillədə yer alan Uorren Baffetin sərvəti isə 69,2 milyard dollar təşkil edir.

7-ci və 8-ci yerlərdə müvafiq olaraq Google korporasiyasının təsisçisi Sergey Brin (70,4 milyard dollar) və hindistanlı "Reliance" holdinqinin sahibi Mukeşa Ambani (70,32 milyard dollar) qərarlaşıblar.

İlk üçlükdə isə Ceff Bezos ("Amazon", 189 milyard dollar), Bill Geyts ("Microsoft"un təsisçisi, 116 milyard dollar) və Mark Sukerberg ("Facebook", 93 milyard dollar) yer alıblar.

11 2020 11:02 -

Köhnə versiyamızdan xəbərləri izlə