Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Prezidentinin təşəbbüsü qlobal həmrəyliyə öz töhfəsini verəcək”

Hesab edirik ki, Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının koronavirusla bağlı xüsusi sessiyasının çağırılması təşəbbüsü dünya ölkələrinin səylərinin səfərbər edilməsinə və qlobal həmrəyliyə öz töhfəsini verəcək.      
Bu fikri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Azərbaycanın xarici ölkələrlə əməkdaşlığından danışan Prezidentin köməkçisi deyib: “Məhz bu tərəfdaşlığın nəticəsidir ki, fikir və təcrübə mübadilələrinin aparılması üçün bir sıra ölkələrdən, o cümlədən Türkiyədən, Rusiyadan Azərbaycana müxtəlif həkim briqadaları gəliblər. Həkimlər və tibbi heyət, eyni zamanda, epidemioloji siyasətin həyata keçirilməsinə məsul mütəxəssislər də ölkəmizə təşrif buyurublar və onlar azərbaycanlı həmkarları və Operativ Qərargahla fikir mübadiləsi aparırlar. Qeyd edilməlidir ki, Azərbaycan tərəfinin bu günə qədər həyata keçirdiyi bütün tədbirlər xaricdən olan mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilir”. 

10 2020 22:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə