Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TƏBİB-in şöbə müdiri: Rayonlara gediş-gəliş icazəsinin verilməsi soydaşlarımızı risk altına qoya bilər

Son vaxtlar yay mövsümü ilə əlaqədar rayonlara getməyə icazə verilməsi ilə əlaqədar çoxlu müraciətlər olur. Bu barədə TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
O qeyd edib ki, tarixboyu həmişə epidemiyalarla mübarizədə birinci silah karantin olub. Hansı xəstəliyin müalicəsi üçün peyvənd yoxdursa, ona qarşı yeganə yol karantin rejiminin tətbiq edilməsi olur. Xəstəliyin inkubasiya dövrü 14 gün olduğuna görə hər hansı şəxs Bakını tərk edib rayona və rayondan Bakıya üz tutarkən özü ilə virusu daşıya və onu ətrafdakılara yoluxdura bilər. Hazırda bu məsələlər üzərində müzakirələr gedir və epidemioloji vəziyyətin dəyişməsindən asılı olaraq belə qərarlar gələcəkdə verilə bilər. Bu gün belə bir qərar yoluxmaların az olduğu rayonları və oradakı soydaşlarımızı risk altına qoya bilər”.   
 
 
AZƏRTAC
10 2020 22:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə