Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 247           Bakı şəhəri, 8 iyul 2020-ci il 
 
“Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli  1657-VQD nömrəli Qanununun tətbiqi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 avqust tarixli 826 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
 
 
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
 
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin  2020-ci  il  8  iyul

tarixli 247 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

1 nömrəli əlavə

 

 

Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının

və yenidən hazırlığının keçirilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 50.5-ci maddəsinin birinci və ikinci cümlələrinə uyğun olaraq hazırlanmışdır və avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun (bundan sonra – operator) məsul şəxsinin (şəxslərinin), həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair proqramları, habelə həmin proqramlar üzrə məsul şəxs (şəxslər) və sürücülər üçün hazırlığın və yenidən hazırlığın keçirilməsi qaydasını və müddətini müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

 

2. Hazırlığın və yenidən hazırlığın keçirilməsi qaydası

 

2.1. Operatorun məsul şəxsinin (şəxslərinin), hazırlığı və yenidən hazırlığı bu Qaydanın tələbləri nəzərə alınmaqla, bu Qaydaya 1, 2 və 3 nömrəli əlavələrdə göstərilən tədris proqramları əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (bundan sonra – Xidmət) tərəfindən həmin Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki “Nəqliyyat Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində və ya Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqında akkreditasiyadan keçmiş digər qurumlarda təşkil edilir və keçirilir.

2.2. Hazırlıq üzrə məşğələlər tədris kabinetlərində, təlim meydançasında və simulyator (avtotrenajor) otaqlarında müvafiq sahə üzrə yüksəkixtisaslı və təcrübəli müəllim və (və ya) təlim ustaları cəlb olunmaqla keçirilir.

2.3. Hazırlığın yüksək keyfiyyətini və səmərəliliyini təmin etmək məqsədilə tədris qrupları 25 nəfərdən çox və 10 nəfərdən az olmayan sayda (sürücülərə münasibətdə) olmaqla formalaşdırılır. Tədris proqramları üzrə məşğələlər nəzəri (mühazirələrdən) və praktiki hissələrdən, həmçinin yekun qiymətləndirmədən ibarətdir. Məşğələlər bir sutka ərzində 6 saatdan artıq olmamaqla keçirilir.

2.4. Hazırlıq zamanı məsul şəxslərə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının təşkilinin özünəməxsus-luqları, bu sahədə mövcud olan hüquq normaları, işgüzar adətlər, müxtəlif müqavilə növlərinin hüquqi və praktiki aspektləri, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların maliyyə menecmenti, beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin istismarına dair tələblər və onların istismar xüsusiyyətləri barədə məlumatlar verilir.

2.5. Hazırlıq üzrə məşğələlərdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar yerinə yetirən sürücülərə yüklərin qəbulu, rəsmiləşdirilməsi, təhlükəsiz yerləşdirilməsi, bərabər paylanılması, bərkidilməsi, daşınması və təhvil verilməsi qaydaları, müxtəlif növ yüklərin daşınmasının şərtləri və xüsusiyyətləri, eləcə də sərnişin daşınmasının ümumi şərtləri, baqajın (əl yükünün) daşınmasının təşkili və saxlanılmasının şərtləri, habelə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə məlumatlar verilir.

2.6. Məsul şəxslərin və sürücülərin hazırlığı üzrə tədris proqramında nəzərdə tutulmuş dərslərin saatı bu Qaydaya 1, 2 və 3 nömrəli əlavələrdə göstərilən tədris proqramlarında qeyd olunan qədər olmalı, yenidən hazırlıq isə həmin proqramlar əsasında         35 saatdan az olmamalıdır.

2.7. Məsul şəxslər və sürücülər hazırlıq üzrə məşğələlərdə iştirak etmək üçün aşağıdakı sənədləri bu Qaydanın 2.1-ci bəndində qeyd olunan qurumlara təqdim etməlidirlər:

2.7.1. şəxsiyyəti təsdiq edən sənədin surəti;

2.7.2. 1 ədəd fotoşəkil (3x4 sm ölçüsündə);

2.7.3. sağlamlıq barədə tibbi arayış (təqdim etməzdən ən geci 1 (bir) ay əvvəl alınmış);

2.7.4. əsli təqdim edilməmişdirsə, operatorun nəqliyyat fəaliyyətini faktiki və davamlı şəkildə idarə etdiyini təsdiq edən müqavilənin (məsul şəxsə münasibətdə) notarial qaydada təsdiq edilmiş surəti;

2.7.5. sürücülük vəsiqəsinin surəti (sürücüyə münasibətdə).

2.8. Yenidən hazırlıqda iştirak etmək üçün müraciət edən məsul şəxs və ya sürücü bu Qaydanın 2.7-ci bəndində qeyd olunan sənədlərdən əlavə, ilk dəfə hazırlıq keçməsini təsdiq edən müvafiq sənədi də təqdim etməlidir.

2.9. Hazırlıqda iştirak etmək üçün müraciət etmiş və müvafiq sənədləri təqdim etmiş şəxslərə hazırlığın başlanılmasına azı 10 (on) gün qalmış bu barədə məlumat verilir.

2.10. Hazırlıq və yenidən hazırlıq üzrə məşğələlər əyani formada keçirilir.

2.11. Hazırlıq və yenidən hazırlıq zamanı şəxslər kağız və (və ya) elektron daşıyıcılarda hazırlıq materialları ilə təmin olunurlar.

 

3. Hazırlığın və yenidən hazırlığın nəticələrinin qiymətləndirilməsi

 

3.1. Hazırlıq və ya yenidən hazırlıq üzrə məşğələlərdə iştirak edən məsul şəxsin (şəxslərin) və ya sürücülərin hazırlıq səviyyəsi hazırlığın və ya yenidən hazırlığın yekununda test üsulu ilə yoxlanılmaqla qiymətləndirilir.

3.2. Proqramın müvafiq mövzuları üzrə test tapşırıqlarının 60 faizinə və ya daha çoxuna cavab verən məsul şəxslər və sürücülər hazırlığı müvəffəqiyyətlə bitirmiş hesab edilirlər və onlara hazırlıq keçmələrini təsdiq edən, etibarlılıq müddəti 5 (beş) il olan və forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən şəhadətnamə və tədris olunan mövzulara dair əyani yaddaş materialları təqdim edilir.

3.3. Proqramın müvafiq mövzuları üzrə test tapşırıqlarının60 faizinə cavab verə bilməyən şəxslərin proqramın mövzuları üzrə bilikləri 6 (altı) ay ərzində təkrarən qiymətləndirilir.

3.4. Qiymətləndirmədə qeyri-məqbul nəticə göstərən şəxslər müvafiq proqram üzrə hazırlığı bitirdikdən sonrakı 6 (altı) ay müddətində təkrar qiymətləndirmədə müvəffəqiyyət göstərmədikdə, hazırlığı və ya yenidən hazırlığı təkrar keçməlidirlər.

3.5. Bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş şəhadətnamə yalnız şəxsiyyəti təsdiq edən sənədlə birlikdə təqdim edildikdə etibarlıdır.

3.6. Şəhadətnamə əvvəlki nömrəsi saxlanılmaqla aşağıdakı hallarda dəyişdirilə bilər:

3.6.1. onu almış şəxsin soyadı, adı, atasının adı dəyişdikdə;

3.6.2. şəhadətnamədə yazılan məlumatlarda yanlışlıq və ya səhv aşkar edildikdə;

3.6.3. şəhadətnamə yararsız hala düşdükdə.

3.7. Şəhadətnamə itirildikdə onun dublikatı verilir.

3.8. Xidmət Bu Qaydanın 2.1-ci bəndində qeyd olunan qurumlar tərəfindən hazırlığın və ya yenidən hazırlığın keçirilməsinə dair verilmiş şəhadətnamələr haqqında məlumatlar əsasında həmin şəhadətnamələrin ölkə üzrə vahid uçotunu aparır.

 

 

 

 

“Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi Qaydası”na

 

1 nömrəli əlavə

 

 

 Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin)

peşəkarlıq səriştəsinə dair

 

PROQRAM

 

Sıra

№-si

Mövzuların adı

Hazırlıq üzrə məşğələlərin növləri və həcmi (saatla)

cəmi

(saat)

nəzəri hissə

(mühazi-rələr)

(saat)

praktiki

hissə

(saat)

1

2

3

4

5

1. Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların xüsusiyyətləri,

mövcud vəziyyəti və perspektivləri

1.1.

- avtomobil nəqliyyatı ilə beynəl-xalq daşımaların xüsusiyyətləri və növləri;

- Avropa İttifaqı ölkələrində və daşımaların həyata keçirildiyi digər ölkələrdə avtomobil nəqliy-yatı ilə beynəlxalq daşımaların əsas xüsusiyyətləri;

- nəqliyyat dəhlizləri;

- malların (yüklərin) təsnifat sisteminin və kodlaşdırılmasının tətbiqi;

- avtomobil nəqliyyatı ilə bey-nəlxalq daşımalarda informasiya kommunikasiya texnologiyalarının tətbiqi

3

3

-

 

 

1

2

3

4

5

2. Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların

tənzimlənməsinin hüquqi əsasları

2.1.

- avtomobil nəqliyyatı və yol hərəkətinin təhlükəsizliyi sahələ-rində qanunvericilik;

- avtomobil nəqliyyatı ilə bey-nəlxalq daşımalar sahəsində ölkədaxili və beynəlxalq qanun-vericilik (o cümlədən Azərbaycan Respublikasının qoşulduğu bey-nəlxalq müqavilələr);

- avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların tənzim-lənməsində beynəlxalq təşkilatlar və ölkədaxili qurumlar, bu sahədə onların rolu və fəaliyyəti;

- daşımaların yerinə yetirilməsinə dövlət nəzarəti

 

8

7

1

 

- avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaları tənzim-ləyən “İcazə Sistemi”;

- iriqabaritli, ağırçəkili və təhlükəli yüklərin daşınması sahəsində lisenziyalar (icazələr);

- avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində tətbiq olunan müqavilələr;

- “Ticarət terminlərinin təfsirinin beynəlxalq Qaydaları “İnkoterms” şərtləri

 

 

 

 

 

 

1

2

3

4

5

3. Avtonəqliyyat vasitələrinə dair tələblər

3.1.

- avtonəqliyyat vasitələrinə dair tələblər;

- təkərli avtonəqliyyat vasitələrinin beynəlxalq təsnifatı, dartqı, qoşqu və yarımqoşqular, avtoqatarlar;

- avtonəqliyyat vasitələrinin qısa texniki xarakteristikası və təchizatı;

- avtonəqliyyat vasitələrinin qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrləri;

- mühərrikin gücü və yanacaq sərfiyyatı;

- avtonəqliyyat vasitələrinə dair ekoloji tələblər;

- avtonəqliyyat vasitəsinin aparılan yükün xüsusiyyətlərinə uyğunluğu;

 - avtonəqliyyat vasitələrinin təhlükəsizliyini artıran intellektual nəqliyyat sistemləri;

- avtonəqliyyat vasitələrinin istismarına dair tələblər, texniki xidmət və qulluq, istismar zamanı təhlükəsizliyə nəzarət;

- avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasına idxalı (o cümlədən lizinq və icarə müqavilələri əsasında), idxalla bağlı ekoloji tələblər, dövlət qeydiyyatına alınmanın və dövlət texniki baxışının xüsusiyyətləri

8

7

1

4. Avtonəqliyyat vasitələrinin sürücülərinə dair tələblər

4.1.

- sürücülərə dair ümumi tələblər;

- sürücülərin xarici görünüşü və geyim forması;

- sürücülərin hazırlığı və yenidən hazırlığı

 

2

2

-

 

 

1

2

3

4

5

5. Yol hərəkətinin təhlükəsizliyi

 

Yol hərəkəti qaydaları:

- yol hərəkətinin təhlükəsizliyi sahəsində

6

4

2

5.1.

ölkədaxili və beynəlxalq qanun-vericilik (o cümlədən Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 29-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yol nişanları və siqnalları haqqında” Konvensiya);

- yol nişanları və yolun nişanlanması;

- yolayrıcılarının keçilməsi;

- hərəkət sürətinin düzgün seçilməsi;

- nizamlanan və nizamlanmayan yolayrıcıları;

- avtonəqliyyat vasitələrinin rəvan hərəkəti, ara məsafəsinin düzgün seçilməsi, ötmə və qarşılıqlı keçmə, düzgün manevretmə və tormozlama qaydaları;

- xarici işıq və səs siqnallarından düzgün istifadə qaydaları;

- zolaqlar üzrə hərəkət, dayanma, durma və parklanma qaydaları, tanınma nişanları;

- yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələr;

- müxtəlif dövlətlərin ərazisində

hərəkətin məhdudlaşdırılmasının müəyyən edilmiş vaxtları

 

 

 

 

 

 

1

2

3

4

5

5.2.

Hərəkət təhlükəsizliyinin əsasları:

- çətinkeçilən yollarda, mürəkkəb yol şəraitində, uzun sürən tıxaclarda, fövqəladə hadisələr zamanı, mürəkkəb meteoroloji şəraitdə avtonəqliyyat vasitəsinin düzgün idarə edilməsi;

- avtonəqliyyat vasitəsinin daya-nıqlığının itirilməsi səbəbləri;

- sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində avtonəqliyyat vasitəsinin idarə edilməsi;

- hərəkətdə olan avtonəqliyyat vasitəsinin idarə olunmasını çətin-ləşdirən amillər;

- dönmə radiusları;

- avtonəqliyyat vasitəsinin sürə-tinin yükə və yol örtüyünə əsasən tənzimlənməsi;

- əyləc sisteminin xüsusiyyətləri, əyləc və aşağı ötürmə sistemlə-rinin istifadə məhdudiyyətləri, əyləc və aşağı ötürmədən birgə istifadə, sürət və ötürmə nisbətinin optimal istifadəsi, avtonəqliyyat vasitəsinin ətalətindən istifadə, yolun mailliyinin gərilmələrində yavaşlama və əyləcdən düzgün istifadə yolları, əyləc sistemi işləmədikdə görülməli tədbirlər;

- sürücülərin psixoloji vəziyyətinin hərəkət təhlükəsizliyinə təsiri;

- ekstremal şəraitlərdə sürücülərin düzgün qərar qəbul etməsi;

- baş verə biləcək yol-nəqliyyat hadisələrinin vaxtında qarşısının alınması üçün görülən tədbirlər;

- avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanıl-ması və sürücülərin reysqabağı tibbi müayinəsi

 

10

7

3

1

2

3

4

5

5.3.

Yükgötürmə və yükləmə:

- avtonəqliyyat vasitəsinin və ya avtonəqliyyat vasitələri kombina-siyasının yükgötürmə qabiliy-yətinin xüsusiyyətləri;

- yükün təhlükəsiz yüklənməsi;

- oxun həddən artıq yüklənməsinin nəticələri;

- avtonəqliyyat vasitəsinin stabilliyi və ağırlıq mərkəzi;

- yükün bərabər paylanması və

bərkidilməsi;

- yükün yerləşdirilməsinə və

bərkidilməsinə dair tələblər;

- yükün bərkidilmə metodları və

vasitələri;

- təhlükəsizlik tədbirinin görülməsi tələb olunan yüklərin əsas kateqoriyaları;

- məngənə ilə bağlama və təhlü-kəsizliyi təmin etmə texnikaları;

- təhlükəsizlik kəmərlərindən istifadə;

- yükləmə avadanlığından istifadə,

brezentlərin yerləşdirilməsi və yığışdırılması

5

3

2

5.4.

İş və istirahət rejimi:

- Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli 110-IQ nömrəli Qanunla qoşulduğu “Beynəlxalq avtomobil daşımala-rını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi” (AETR) və onun tətbiq dairəsi;

- sürücülərin iş və istirahət rejimi;

- taxoqraflardan istifadə;

- sürücü, daşıyıcı, nəzarətçi və

emalatxana kartları;

- sürücülərin növbəliliyi;

- iş və istirahət rejiminə əməl edilməsinə nəzarət, ölkədaxili və      beynəlxalq   praktika,   məsuliyyət

2,5

2,5

-

1

2

3

4

5

 

müəyyən edən normalar və onların tətbiqi üzrə təcrübə

 

 

 

5.5.

Sürücülərin sağlamlığı:

- sürücülərin sağlamlığı və sağlam qidalanma prinsipləri;

- spirtli içkilərin, narkotik vasitə-lərin, psixotrop maddələrin və onların prekursorlarının və ya davranışa təsir edə bilən digər maddələrin qəbulunun nəticələri;

- yorğunluq və stress əlamətləri, səbəbləri və təsirləri;

- iş və istirahət dövrünün sağlamlıqda başlıca rolu

 

1

1

-

6. Yol-nəqliyyat hadisələri zamanı görülən tədbirlər ilk tibbi yardım

6.1.

Yol-nəqliyyat hadisələri zamanı görülən tədbirlər:

- qəzanın ağırlaşmasının qarşı-sının alınması və vəziyyətin qiymətləndirilməsi;

- kömək çağırılması və ilk tibbi yardım göstərilməsi;

- yanğın zamanı tədbirlərin görülməsi;

- sərnişinlərin təxliyə edilməsi;

- daşıma prosesində hüquqpozma

hallarında (avtonəqliyyat vasitə-sinin və ya yükün oğurlanması, sürücünün həyat və sağlamlığına təhlükə yaranması və s.) adekvat reaksiya verilməsi;

  • yol-nəqliyyat hadisəsinin rəsmi-ləşdirilməsi

 

2

1,5

0,5

6.2.

İlk tibbi yardım:

- ilk tibbi yardım barədə ümumi məlumat;

- ilk tibbi yardım qutusunun tərkibi və ondan istifadə;

 

3

2

1

1

2

3

4

5

 

- yol-nəqliyyat hadisəsi baş verdikdə, ilk tibbi yardım göstəril-məsinin ardıcıllığı

 

 

 

 

7. Logistika və ekspedisiya

7.1.

- logistika və ekspedisiya anlayışı və məqsədi;

- ekspeditorlar, nəqliyyat müəssisələri, anbar operatorları, brokerlər və s.;

- 3-cü tərəf logistika xidmətləri təchizatçıları (3PL provayderləri);

- logistin və ekspeditorun funksiyaları;

- malların çatdırılmasının logistik zəncirləri;

- nəqliyyat növünün seçilməsi və logistik əməliyyatlarda avtomobil nəqliyyatının rolu;

- logistik mərkəzlər və terminallar

 

 

5

5

-

8. Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların təşkili

8.1.

Beynəlxalq daşımaların rəsmiləş-dirilməsi:

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”;

- Azərbaycan Respublikasının 2000-ci il 11 fevral tarixli 812-IQ nömrəli Qanunla qoşulduğu “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” Konvensiya (BYDM);

 

4,5

4

0,5

 

 

1

2

3

4

5

 

- “Beynəlxalq kombinə edilmiş daşımalarda vacib xətlər və müvafiq obyektlər haqqında” Avropa Sazişi (AGTC);

- Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli 109-IQ nömrəli Qanunla qoşulduğu “Beynəlxalq avtomagistrallar haqqında Avropa Sazişi”;

- daşıma zamanı yükgöndərənin, ekspeditorun, daşıyıcının, yük-alanın və gömrük orqanlarının qarşılıqlı münasibətləri;

- beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) rəsmiləşdirilməsi;

- yüklərin çatdırılmasının xüsusi razılaşdırılmış şərtləri;

- yükün dəyərinin elan edilməsi;

- yükün qəbulu və təhvili, yükün yönəldilməsi və tərəflərin məsuliy-yəti;

- daşımaların və ya yükün tamlığının təmin edilməsi üsulları;

- hərəkət marşrutunun və qrafikinin müəyyən edilməsi, avtonəqliyyat vasitələrinin hərəkətinin təşkili

 

 

 

 

8.2.

Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları üçün zəruri olan sənədlər:

- sürücü üçün tələb olunan sənədlər;

- avtonəqliyyat vasitəsi üçün tələb olunan sənədlər;

- yükə aid sənədlər;

2

1,5

0,5

 

 

1

2

3

4

5

 

- avtomobil nəqliyyatı ilə beynəl-xalq sərnişin daşımalarında icazələr və tələb olunan digər sənədlər;

- tətbiq olunan yol vərəqəsinin forması və doldurulması qaydası

 

 

 

8.3.

Təhlükəli yüklərin daşınması:

- Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli 913-IQ nömrəli Qanunla qoşulduğu “Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında” Avropa Sazişi (DOPOQ) və İmzalama Protokolu;

- təhlükəli yüklərin təsnifatı və daşınması;

- təhlükəli yüklər barədə nişanlar və informasiya lövhələri

 

3

3

-

8.4.

İriqabaritli və ağırçəkili yüklərin daşınması:

- yüklərin iriqabaritli və ağırçəkili yükə aid edilməsi və daşınması;

- konteynerlərdə, paletlərdə və

çıxarılabilən banlarda daşımalar barədə məlumat;

- konteynerlərin və paletlərin banlarda yerləşdirilməsi və bərkidilməsi;

- avtonəqliyyat vasitəsinin oxlarına düşən yükün paylanması;

- multimodal, intermodal, Ro-Ro və Lo-Lo daşımaları;

- Azərbaycan Respublikasının 2004-cü il 21 may tarixli 672-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin avto-mobil yollarında dövlətlərarası daşımaları həyata keçirən nəqliyyat vasitələrinin kütlə və ölçüləri haqqında” Saziş

5

5

-

1

2

3

4

5

8.5.

Tezkorlanan və digər yüklərin daşınması:

- Azərbaycan Respublikasının 2000-ci il 11 fevral tarixli 811-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Tezkorlanan qida məhsullarının beynəlxalq daşınması və bu daşımalar üçün istifadə olunan xüsusi nəqliyyat vasitələri haqqında (TDS)” Saziş;

- tezkorlanan yüklərin daşınma-sının xüsusiyyətləri;

- avtonəqliyyat vasitələrinin müayinəsi, yükün yüklənməsi və daşınması zamanı temperatur rejimi, temperatur rejiminə

3,5

3,5

-

 

nəzarət və termoqraflar;

- canlı heyvanların daşınması ilə bağlı qayda və prosedurların tətbiqi, habelə sənədləşdirmə

 

 

 

8.6.

Sərnişin daşımaları:

- avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin daşımalarının təşkili və yerinə yetirilməsinin xüsusiyyətləri;

- avtovağzallar (avtostansiyalar) və sərnişin terminalları;

- sərnişinlərin təhlükəsiz daşın-ması;

- sərnişin axınlarının tədqiqi və daşımaların mövsümiliyi;

- müntəzəm daşımalarda marşru-tun açılması qaydası, şərtləri və məqsədəuyğunluğu;

- müntəzəm marşrutun bağlan-ması və ya həmin marşrutda dəyişiklik edilməsi;

- sərnişin daşımalarında avtobus-ların növləri;

 

 

6

6

-

1

2

3

4

5

 

- biletin, baqaj qəbzinin və birkasının forması və onların sənədləşdirilməsi;

- sərnişin avtonəqliyyat vasitəsinin icarə (fraxtetmə) müqaviləsi;

- qeyri-müntəzəm sərnişin daşı-malarında daşıma sxemləri;

- qeyri-müntəzəm sərnişin daşı-malarında formulyarın doldurul-ması;

- beynəlxalq turizm üzrə nəqliyyat xidmətləri;

- sərnişinlərin beynəlxalq daşın-ması zamanı viza təminatı;

- uşaq qruplarının daşınmasının xüsusiyyətləri

 

 

 

 

 

8.7.

Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda sığorta:

- avtomobil nəqliyyatı ilə daşımalarda sığorta anlayışı və onun ümumi prinsipləri;

- sığorta hadisəsi, obyekti və sığorta müqaviləsi;

- sığorta hadisəsinin sənədləş-dirilməsi qaydası;

- icbari və könüllü sığortanın növləri;

- işçi heyətin tibbi sığortası;

- avtonəqliyyat vasitəsi sahiblə-rinin mülki məsuliyyətinin icbari sığortası, o cümlədən Yaşıl Kart Sistemi;

- sərnişinlərin icbari fərdi qəza sığortası;

- sürücünün bədbəxt hadisələr və peşə     xəstəlikləri    nəticəsində

5

5

-

 

peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması

 

 

 

 

 

 

 

1

2

3

4

5

9. Gömrük prosedurları və sənədləşmə

9.1.

- gömrük nəzarəti və gömrük orqanları;

- idxal və ixrac zamanı gömrük prosedurları və onların növləri;

- gömrük bəyannaməsi;

- avtonəqliyyat vasitələrinin bəyan

edilməsi;

- qısa idxal bəyannaməsinin verilməsi;

- gömrük proseduru ilə bağlı yükləmə, boşaltma və digər əməliyyatlar, o cümlədən avtonəq-liyyat vasitəsinin dəyişdirilməsi;

- nəqliyyat vasitəsində yanacağın, alətlərin və ehtiyat hissələrinin gətirilməsi;

- fiziki şəxslər tərəfindən malların şəxsi istifadə üçün gömrük sərhədindən keçirilməsi;

- gömrük rəsmiləşdirilməsi üçün zəruri olan sənədlər və məlumatlar;

- Azərbaycan Respublikasının 1996-cı il 12 mart tarixli 33-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haq-qında” Gömrük Konvensiyası (TIR Konvensiyası);

- Azərbaycan Respublikasının 2000-ci il 12 dekabr tarixli 37-IIQ nömrəli Qanunla qoşulduğu “Konteynerlərə aid Gömrük Konvensiyası”;

- Azərbaycan Respublikasının 2000-ci il 11 fevral tarixli 810-IQ nömrəli Qanunla qoşulduğu “Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılaşdı-rılması haqqında” Beynəlxalq Konvensiya

6

6

-

 

 

1

2

3

4

5

10. Daşıyıcının təsərrüfat və maliyyə fəaliyyətinin

və insan resurslarının idarə edilməsi

10.1.

Təsərrüfat fəaliyyətinin idarə edilməsi:

- avtonəqliyyat vasitələrinin saxla-nılması üçün istehsalat sahələri;

- nəqliyyat xidmətləri bazarı və onun tədqiqi;

- nəqliyyat xidmətlərinin menec-menti və marketinqi;

- istehsal fəaliyyətinin rentabelliyi;

3

3

-

 

- biznes-planın işlənilməsi;

- müxtəlif kreditləşmə formaları;

- sahibkarlığa yardım mexa-nizmləri;

- sənəd dövriyyəsi və hesabatlılıq

 

 

 

 

10.2.

Maliyyə fəaliyyətinin idarə edilməsi:

- büdcənin formalaşdırılması və tətbiqi;

- gəlirin, xərclərin (o cümlədən nəqliyyat vasitəsinə, kilometraja, reysə və ya tonnaja görə) və mənfəətin hesablanması;

- daşıma fəaliyyəti ilə bağlı qiymətlər və tariflər;

- sərnişin və yük daşımalarında

qiymətlər və bu qiymətlərin formalaşdırılması;

- avtomobil nəqliyyatı ilə daşımalarla əlaqədar vergilər və digər məcburi ödənişlər;

- bank sistemi, bank əməliyatları və bank faizləri;

- beynəlxalq hesablaşma əməliy-yatları;

- ödəniş üsulları ilə bağlı hüquqi baza və praktika

 

3,5

3,5

-

 

 

1

2

3

4

5

10.3.

İnsan resurslarının idarə edilməsi:

- əmək şəraiti və əməyin səmərəliliyi;

- müəssisədaxili korporativ müna-sibətlər;

- vəzifə təlimatları;

- işçilərin hazırlanması, ilkin ixtisası, ixtisasının artırılması və davamlı təlimi;

- işçilərlə əmək müqaviləsinin

bağlanılması;

- təşkilati qrafik və iş planlarının tərtib edilməsi;

- işəgötürənin sosial təminatla bağlı öhdəlikləri;

- sürücülərin və digər işçilərin

təhlükəsizlik texnikası üzrə mütə-madi təlimatlandırılması, isteh-salat sahəsinin sanitariyası, yanğın əleyhinə və əməyin mühafizəsi qaydalarına riayət olunmasının təmin edilməsi

4

4

-

11. Viza rəsmiləşdirilməsi

11.1.

- avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda viza təminatı və pasport;

- viza ilə və vizasız giriş;

- ölkələrin viza sistemi;

- ərazisindən daşıma həyata keçirilən ölkələrdən viza alınma-sının xüsusiyyətləri;

2

2

-

 

- viza verilməsinin ümumi qaydası;

- Şengen Müqaviləsi ölkələrinin viza sistemi;

- Şengen Müqaviləsi ölkəsinin vizasından istifadəyə məhdudiy-yətlər

 

 

 

 

 

 

1

2

3

4

5

12. Sürücülərin davranışlarının işgüzar nüfuza təsiri

12.1.

- sürücünün davranışı və şirkətin işgüzar nüfuzu;

- sürücü tərəfindən göstərilən xidmətin səviyyəsinin şirkət üçün əhəmiyyəti;

- sürücünün ünsiyyət qurduğu şəxslər;

- sürücülərin etik normalara riayət

etməsi, sərnişinlərlə etik davranış qaydaları və mədəni rəftar

 

2,5

2,5

-

13. İnsan alverinin qarşısının alınması və

onunla mübarizə aparılması

13.1.

- insan alverinin qarşısının alınması və onunla mübarizə aparılması barədə məlumat

 

1

1

-

14. Hüquq, vəzifə və məsuliyyət

14.1.

- daşıyıcıların, sürücülərin, sərni-şinlərin hüquqları, vəzifələri və məsuliyyəti

 

2,5

2,5

-

 

İmtahan

2

-

-

 

Cəmi

111

97,5

11,5

 

 

 

 

 

________________

 

 

 

 

 

 

 

 

 

 

“Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi Qaydası”na

 

2 nömrəli əlavə

 

 

 

Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarını həyata

keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair

 

PROQRAM

 

 

Sıra

№-si

Mövzuların adı

Hazırlıq üzrə məşğələlərin növləri və həcmi (saatla)

cəmi

(saat)

nəzəri hissə

(mühazirələr)

(saat)

praktiki hissə

(saat)

1

2

3

4

5

1. Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların xüsusiyyətləri,

mövcud vəziyyəti və perspektivləri

1.1.

- avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların xüsusiy-yətləri və növləri;

- Avropa İttifaqı ölkələrində və daşımaların həyata keçirildiyi digər ölkələrdə avtomobil nəqliy-yatı ilə beynəlxalq daşımaların əsas xüsusiyyətləri;

- nəqliyyat dəhlizləri;

- yüklərin beynəlxalq təsnifatı;

- avtomobil nəqliyyatı ilə beynəl-xalq daşımalarda informasiya kommunikasiya texnologiyala-rının tətbiqi

 

3

3

-

 

 

1

2

3

4

5

2. Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların

tənzimlənməsinin hüquqi əsasları

2.1.

- avtomobil nəqliyyatı və yol hərəkətinin təhlükəsizliyi sahələ-rində qanunvericilik;

- avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində ölkədaxili və beynəlxalq qanun-vericilik (o cümlədən Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələr);

- avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların tənzim-lənməsində beynəlxalq təşkilatlar və ölkədaxili qurumlar, bu sahədə onların rolu və fəaliyyəti;

- daşımaların yerinə yetirilməsinə dövlət nəzarəti;

- avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaları tənzim-ləyən “İcazə Sistemi”;

- iriqabaritli, ağırçəkili və təhlükəli yüklərin daşınması sahəsində lisenziyalar (icazələr);

8

7

1

 

- avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində tətbiq olunan müqavilələr;

- “Ticarət terminlərinin təfsirinin beynəlxalq Qaydaları “İnkoterms” şərtləri

 

 

 

 

3. Yük avtonəqliyyat vasitələrinə dair tələblər

3.1.

- avtonəqliyyat vasitələrinə dair ümumi tələblər;

- təkərli avtonəqliyyat vasitələrinin

beynəlxalq təsnifatı, dartqı, qoşqu və yarımqoşqular, avtoqatarlar;

 

7

6

1

 

 

1

2

3

4

5

 

- avtonəqliyyat vasitələrinin qısa texniki xarakteristikası və təchizatı;

- avtonəqliyyat vasitələrinin qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrləri;

- mühərrikin gücü və yanacaq sərfiyyatı;

- avtonəqliyyat vasitələrinə dair ekoloji tələblər;

- avtonəqliyyat vasitələrinin təhlükəsizliyini artıran intellektual nəqliyyat sistemləri;

- avtonəqliyyat vasitələrinin istismarına dair tələblər, texniki xidmət və qulluq, istismar zamanı təhlükəsizliyinə nəzarət

 

 

 

 

4. Yük avtonəqliyyat vasitələrinin sürücülərinə dair tələblər

4.1.

- sürücülərə dair ümumi tələblər;

- sürücülərin xarici görünüşü və geyim forması;

- sürücülərin hazırlığı və yenidən hazırlığı

 

1,5

1,5

-

5. Yol hərəkətinin təhlükəsizliyi

5.1.

Yol hərəkəti qaydaları:

- yol hərəkətinin təhlükəsizliyi sahəsində ölkədaxili və beynəl-xalq qanunvericilik (o cümlədən Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli        29-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yol nişanları və siqnalları haqqında” Konvensiya);

- yol nişanları və yolun nişanlanması;

- yolayrıcılarının keçilməsi;

 

 

6

4

2

1

2

3

4

5

 

- hərəkət sürətinin düzgün seçilməsi;

- nizamlanan və nizamlanmayan

yolayrıcları;

- avtonəqliyyat vasitələrinin rəvan

hərəkəti, ara məsafəsinin düzgün seçilməsi, ötmə və qarşılıqlı keçmə, düzgün manevretmə və tormozlama qaydaları;

 

 

 

 

- xarici işıq və səs siqnallarından düzgün istifadə qaydaları;

- zolaqlar üzrə hərəkət, dayanma, durma və parklanma qaydaları, tanınma nişanları;

- yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələr;

- müxtəlif dövlətlərin ərazisində hərəkətin məhdudlaşdırılmasının müəyyən edilmiş vaxtları

 

 

 

 

5.2.

Hərəkət təhlükəsizliyinin əsasları:

- çətinkeçilən yollarda, mürəkkəb yol şəraitində, uzunsürən tıxac-larda, fövqəladə hadisələr zamanı, mürəkkəb meteoroloji şəraitdə avtonəqliyyat vasitəsinin düzgün idarə edilməsi;

- avtonəqliyyat vasitəsinin dayanıqlığının itirilməsi səbəbləri;

- sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində avtonəqliyyat vasitəsinin idarə edilməsi;

- hərəkətdə olan avtonəqliyyat vasitəsinin idarə olunmasını çətinləşdirən amillər;

- dönmə radiusları;

- avtonəqliyyat vasitəsi sürətinin yükə və yol örtüyünə əsasən tənzimlənməsi;

 

 

10

7

3

1

2

3

4

5

 

- əyləc sisteminin xüsusiyyətləri, əyləc və aşağı ötürmə sistem-lərinin istifadə məhdudiyyətləri, əyləc və aşağı ötürmədən birgə istifadə, sürət və ötürmə nisbətinin optimal istifadəsi, avtonəqliyyat vasitəsinin ətalə-tindən istifadə, yolun mailliyinin gərilmələrində yavaşlama və əyləcdən düzgün istifadə yolları, əyləc sistemi işləmədikdə görülməli tədbirlər;

- sürücülərin psixoloji vəziyyətinin hərəkət təhlükəsizliyinə təsiri;

- ekstremal şəraitlərdə sürücü-lərin düzgün qərar qəbul etməsi;

- baş verə biləcək yol-nəqliyyat

hadisələrinin vaxtında qarşısının alınması üçün görülən tədbirlər;

- avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması və sürücülərin reysqabağı tibbi müayinəsi

 

 

 

 

5.3.

Yükgötürmə və yükləmə:

- avtonəqliyyat vasitəsinin və ya

  • nəqliyyat vasitələri kombina-siyasının yükgötürmə qabiliyyə-tinin xüsusiyyətləri;

- yükün təhlükəsiz yüklənməsi;

- oxun həddən artıq yüklənmə-sinin nəticələri;

- avtonəqliyyat vasitəsinin stabilliyi və ağırlıq mərkəzi;

- yükün bərabər paylanması və

bərkidilməsi;

- yükün yerləşdirilməsinə və

bərkidilməsinə dair tələblər;

- yükün bərkidilmə metodları və vasitələri;

- təhlükəsizlik tədbirinin görülməsi tələb olunan yüklərin əsas kateqoriyaları;

5

3

2

 

 

1

2

3

4

5

 

- məngənə ilə bağlama və təhlü-kəsizliyi təminetmə texnikaları;

- təhlükəsizlik kəmərlərindən istifadə;

- yükləmə avadanlığından istifadə, brezentlərin yerləşdiril-məsi və yığışdırılması

 

 

 

5.4.

İş və istirahət rejimi:

- Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli 110-IQ nömrəli Qanunla qoşulduğu “Beynəlxalq avtomobil daşıma-larını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi” (AETR) və onun tətbiq dairəsi;

- sürücülərin iş və istirahət rejimi;

- taxoqraflardan istifadə;

- sürücü, daşıyıcı, nəzarətçi və emalatxana kartları;

- sürücülərin növbəliliyi;

- iş və istirahət rejiminə əməl edilməsinə nəzarət, ölkədaxili və beynəlxalq praktika, məsuliyyət müəyyən edən normalar və onların tətbiqi təcrübəsi

 

2,5

2,5

-

5.5.

Sürücülərin sağlamlığı:

- sürücülərin sağlamlığı və sağlam qidalanma prinsipləri;

- spirtli içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının və ya davranışa təsir edə bilən digər maddələrin qəbulunun nəticələri;

- yorğunluq və stress əlamətləri, səbəbləri və təsirləri;

- iş və istirahət dövrünün sağlamlıqda başlıca rolu

 

1

1

-

 

 

1

2

3

4

5

6. Yol-nəqliyyat hadisələri zamanı görülən tədbirlər ilk tibbi yardım

6.1.

Yol-nəqliyyat hadisələri zamanı görülən tədbirlər:

- qəzanın ağırlaşmasının qarşısı-nın alınması və vəziyyətin qiymətləndirilməsi;

1,5

1,5

-

 

- kömək çağırılması və ilk tibbi yardım göstərilməsi;

- yanğın zamanı tədbirlərin görülməsi;

  • yol-nəqliyyat hadisəsinin rəsmi-ləşdirilməsi

 

 

 

6.2.

İlk tibbi yardım:

- ilk tibbi yardım barədə ümumi məlumat;

- ilk tibbi yardım qutusunun tərkibi və ondan istifadə;

- yol-nəqliyyat hadisəsi baş verdikdə, ilk tibbi yardım göstəril-məsinin ardıcıllığı

 

3

2

1

7. Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların təşkili

7.1.

Beynəlxalq daşımaların rəsmiləş-dirilməsi:

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il    17 sentyabr tarixli 142 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”;

- beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) rəsmiləşdirilməsi;

- beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) tətbiqi ilə əlaqədar sürücünün yükləmə

 

2,5

2

0,5

 

 

1

2

3

4

5

 

və yükü boşaltma zamanı vəzifələri;

- yüklərin çatdırılmasının xüsusi

razılaşdırılmış şərtləri;

- yükün dəyərinin elan edilməsi;

- yükün qəbulu və təhvili, yükün yönəldilməsi və tərəflərin məsu-liyyəti;

- daşımaların və ya yükün tamlığının təmin edilməsi üsulları

 

 

 

7.2.

Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları üçün zəruri olan sənədlər:

- sürücü üçün tələb olunan sənədlər;

- avtonəqliyyat vasitəsi üçün tələb olunan sənədlər;

- yükə aid sənədlər;

- tətbiq olunan yol vərəqəsinin forması və doldurulması qaydası

 

1,5

1

0,5

7.3.

Təhlükəli yüklərin daşınması:

- təhlükəli yüklərin daşınması və təsnifatı;

- təhlükəli yüklər barədə nişanlar və informasiya lövhələri

 

2

2

-

7.4.

İriqabaritli və ağırçəkili yüklərin daşınması:

- yüklərin iriqabaritli və ağırçəkili yükə aid edilməsi və daşınması;

- konteynerlərdə, paletlərdə və çıxarılabilən banlarda daşımalar barədə məlumat;

- konteynerlərin və paletlərin banlarda      yerləşdirilməsi    və

4

4

-

 

bərkidilməsi;

- avtonəqliyyat vasitəsinin oxla-rına düşən yükün paylanması;

- multimodal, intermodal, Ro-Ro və Lo-Lo daşımaları

 

 

 

1

2

3

4

5

7.5.

Tezkorlanan və digər yüklərin daşınması:

- tezkorlanan yüklərin daşınma-sının xüsusiyyətləri;

- avtonəqliyyat vasitələrinin müayinəsi, yükün yüklənməsi və daşınması zamanı temperatur rejimi, temperatur rejiminə nəzarət və termoqraflar;

- canlı heyvanların daşınması ilə bağlı qayda və prosedurların tətbiqi, habelə sənədləşdirmə

 

 

2,5

2,5

-

7.6.

Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda sığorta:

- avtomobil nəqliyyatı ilə daşımalarda sığorta anlayışı və onun ümumi prinsipləri;

- sığorta hadisəsi, obyekti və sığorta müqaviləsi;

- sığorta hadisəsinin sənədləşdi-rilməsi qaydası;

- icbari və könüllü sığortanın növləri;

- sərnişinlərin icbari fərdi qəza sığortası;

- sürücünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması

 

 

3

3

-

 

 

1

2

3

4

5

8. Gömrük prosedurları və sənədləşmə

8.1.

- gömrük nəzarəti və gömrük orqanları;

- gömrük bəyannaməsi;

- avtonəqliyyat vasitələrinin bəyan edilməsi;

- qısa idxal bəyannaməsinin verilməsi;

- gömrük proseduru ilə bağlı yükləmə, boşaltma və digər əməliyyatlar, o cümlədən avto-nəqliyyat vasitəsinin dəyişdiril-məsi;

- fiziki şəxslər tərəfindən malların şəxsi istifadə üçün gömrük sərhədindən keçirilməsi;

- gömrük rəsmiləşdirilməsi üçün zəruri olan sənədlər və məlumatlar;

- Azərbaycan Respublikasının 1996-cı il 12 mart tarixli 33-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyası;

- Azərbaycan Respublikasının 2000-ci il 12 dekabr tarixli 37-IIQ

2,5

2,5

-

 

nömrəli Qanunla qoşulduğu “Konteynerlərə aid Gömrük Konvensiyası”;

- Azərbaycan Respublikasının 2000-ci il 11 fevral tarixli 810-IQ nömrəli Qanunla qoşulduğu “Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılaşdırıl-ması haqqında” Beynəlxalq Konvensiya

 

 

 

 

 

 

 

1

2

3

4

5

9. Viza rəsmiləşdirilməsi

9.1.

- avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda viza təminatı və pasport;

- viza ilə və vizasız giriş;

- ölkələrin viza sistemi;

- ərazisindən daşıma həyata keçirilən ölkələrdən viza alınmasının xüsusiyyətləri;

- viza verilməsinin ümumi qaydası;

- Şengen Müqaviləsi ölkələrinin viza sistemi;

- Şengen Müqaviləsi ölkəsinin vizasından istifadəyə məhdudiy-yətlər;

- sərhəd buraxılış məntəqələrində

sənədlərin rəsmiləşdirilməsi

 

2

2

-

10. Sürücülərin davranışlarının işgüzar nüfuza təsiri

10.1.

- sürücünün davranışı və şirkətin işgüzar nüfuzu;

- sürücü tərəfindən göstərilən xidmətin səviyyəsinin şirkət üçün əhəmiyyəti;

- sürücünün ünsiyyət qurduğu şəxslər;

- sürücülərin etik normalara riayət etməsi və davranış qaydaları

 

1,5

1,5

-

11. Hüquq, vəzifə və məsuliyyət

11.1.

- daşıyıcıların və sürücülərin hüquq, vəzifələri və məsuliyyəti

 

2

2

-

           
 

 

1

2

3

4

5

12. Yük avtonəqliyyat vasitəsində və ya yük avtonəqliyyat

vasitəsinin simulyatorunda (avtotrenajorunda) sürmə təlimi

12.1.

- mürəkkəb yol şəraitində və dar

keçidlərdə manevretmə;

- hərəkət intensivliyi çox olan yollarda və sutkanın qaranlıq vaxtında hərəkət

 

5

-

5

 

İmtahan

2

-

-

 

Cəmi

79

61

16

           

 

                          

 

 

 

 

 

 

 

“Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi Qaydası”na

 

3 nömrəli əlavə

 

 

Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin daşımalarını

həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair 

 

PROQRAM

 

Sıra

№-si

Mövzuların adları

Hazırlıq üzrə məşğələlərin növləri və həcmi (saatla)

cəmi

(saat)

nəzəri hissə

(mühazirələr)

(saat)

prak-tiki hissə

(saat)

1

2

3

4

5

1. Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların xüsusiyyətləri,

mövcud vəziyyəti və perspektivləri

1.1.

- avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların xüsusiyyətləri və növləri;

- Avropa İttifaqı ölkələrində və daşımaların həyata keçirildiyi digər ölkələrdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların əsas xüsusiyyətləri;

- nəqliyyat dəhlizləri;

- avtomobil nəqliyyatı ilə beynəlxalq

daşımalarda informasiya kommuni-kasiya texnologiyalarının tətbiqi

 

2,5

2,5

-

             
 

 

1

2

3

4

5

2. Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların

tənzimlənməsinin hüquqi əsasları

2.1.

- avtomobil nəqliyyatı və yol hərəkətinin təhlükəsizliyi sahələ-rində qanunvericilik;

- avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində ölkədaxili və beynəlxalq qanunvericilik (o cümlədən Azərbaycan Respubli-kasının qoşulduğu beynəlxalq müqavilələr);

- Azərbaycan Respublikası Nazirlər

Kabinetinin2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə

- avtomobil nəqliyyatı ilə beynəlxalq

daşımaların tənzimlənməsində beynəlxalq təşkilatlar və ölkədaxili qurumlar, bu sahədə onların rolu və fəaliyyəti;

- daşımaların yerinə yetirilməsinə dövlət nəzarəti;

- avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaları    tənzimləyən   “İcazə

6

5

1

 

Sistemi”;

- avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində tətbiq olunan müqavilələr

 

 

 

 

3. Sərnişin avtonəqliyyat vasitələrinə dair tələblər

3.1.

- avtonəqliyyat vasitələrinə dair ümumi tələblər;

- təkərli avtonəqliyyat vasitələrinin beynəlxalq təsnifatı;

 

6

5

1

 

 

1

2

3

4

5

 

- avtonəqliyyat vasitələrinin müvafiq texniki normalara və standartlara uyğunluğu;

- avtonəqliyyat vasitələrinin qısa texniki xarakteristikası və təchizatı;

- mühərrikin gücü və yanacaq sərfiyyatı;

- avtonəqliyyat vasitələrinə dair ekoloji tələblər;

- avtonəqliyyat vasitələrinin təhlü-kəsizliyini artıran intellektual nəqliyyat sistemləri;

- avtonəqliyyat vasitələrinin istisma-rına dair tələblər, texniki xidmət və qulluq, istismar zamanı təhlükə-sizliyinə nəzarət

 

 

 

 

4. Sərnişin avtonəqliyyat vasitələrinin sürücülərinə dair tələblər

4.1.

- sürücülərə dair ümumi tələblər;

- sürücülərin xarici görünüşü və geyim forması;

- sürücülərin hazırlığı və yenidən hazırlığı

 

1,5

1,5

-

5. Yol hərəkətinin təhlükəsizliyi

5.1.

Yol hərəkəti qaydaları:

- yol hərəkətinin təhlükəsizliyi sahəsində ölkədaxili və beynəlxalq qanunvericilik (o cümlədən Azər-baycan Respublikasının 2010-cu il 21 dekabr tarixli 29-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yol nişanları və siqnalları haqqında” Konvensiya);

- yol nişanları və yolun nişan-lanması;

- yolayrıcılarının keçilməsi;

- hərəkət sürətinin düzgün seçilməsi;

 

6

4

2

 

1

2

3

4

5

 

- nizamlanan və nizamlanmayan yolayrıcıları;

- avtonəqliyyat vasitələrinin rəvan hərəkəti, ara məsafəsinin düzgün seçilməsi, ötmə və qarşılıqlı keçmə, düzgün manevretmə və tormoz-lama qaydaları;

- xarici işıq və səs siqnallarından düzgün istifadə qaydaları;

- zolaqlar üzrə hərəkət, dayanma, durma və parklanma qaydaları, tanınma nişanları;

- yol hərəkəti qaydalarının pozul-masına görə tətbiq edilən cərimələr;

- müxtəlif dövlətlərin ərazisində hərəkətin məhdudlaşdırılmasının müəyyən edilmiş vaxtları

 

 

 

 

 

5.2.

Hərəkət təhlükəsizliyinin əsasları:

- çətin keçilən yollarda, mürəkkəb yol şəraitində, uzunsürən tıxac-larda, fövqəladə hadisələr zamanı, mürəkkəb meteoroloji şəraitdə avtonəqliyyat vasitəsinin düzgün idarə edilməsi;

- avtonəqliyyat vasitəsinin dayanıq-lığının itirilməsi səbəbləri;

- sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində avtonəqliyyat vasitəsinin idarə edilməsi;

- hərəkətdə olan avtonəqliyyat vasitəsinin idarə olunmasını çətinləşdirən amillər;

- dönmə radiusları;

- avtonəqliyyat vasitəsi sürətinin çəkiyə və yol örtüyünə əsasən tənzimlənməsi;

 

 

 

 

10

7

3

1

2

3

4

5

 

- əyləc sisteminin xüsusiyyətləri, əyləc və aşağı ötürmə sistemlərinin istifadə məhdudiyyətləri, əyləc və aşağı ötürmədən birgə istifadə, sürət və ötürmə nisbətinin optimal istifadəsi, avtonəqliyyat vasitəsinin ətalətindən istifadə, yolun mailliyinin gərilmələrində yavaşlama və əyləcdən düzgün istifadə yolları, əyləc sistemi işləmədikdə görülməli tədbirlər;

- sürücülərin psixoloji vəziyyətinin hərəkət təhlükəsizliyinə təsiri;

- ekstremal şəraitlərdə sürücülərin düzgün qərar qəbul etməsi;

- baş verə biləcək yol-nəqliyyat hadisələrinin vaxtında qarşısının alınması üçün görülən tədbirlər;

- avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanıl-ması və sürücülərin reysqabağı tibbi müayinəsi

 

 

 

 

5.3.

İş və istirahət rejimi:

- Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli 110-IQ nömrəli Qanunla qoşulduğu “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi” (AETR) və onun tətbiq dairəsi;

- sürücülərin iş və istirahət rejimi;

- taxoqraflardan istifadə;

- sürücü, daşıyıcı, nəzarətçi və emalatxana

kartları;

- sürücülərin növbəliliyi;

- iş və istirahət rejiminə əməl edilməsinə nəzarət, ölkədaxili və beynəlxalq praktika, məsuliyyət müəyyən edən normalar və onların tətbiqi təcrübəsi

 

2,5

2,5

-

1

2

3

4

5

5.4.

Sürücülərin sağlamlığı:

- sürücülərin sağlamlığı və sağlam qidalanma prinsipləri;

- spirtli içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının və ya davranışa təsir edə bilən digər maddələrin qəbulunun nəticələri;

- yorğunluq və stress əlamətləri, səbəbləri və təsirləri;

- iş və istirahət dövrünün sağlam-lıqda başlıca rolu

1

1

-

6. Yol-nəqliyyat hadisələri zamanı görülən tədbirlər ilk tibbi yardım

6.1.

Yol-nəqliyyat hadisələri zamanı görülən tədbirlər:

- qəzanın ağırlaşmasının qarşısının alınması və vəziyyətin qiymətlən-dirilməsi;

- kömək çağırılması və ilk tibbi yardım göstərilməsi;

- yanğın zamanı tədbirlərin görülməsi;

- sərnişinlərin təxliyə edilməsi;

- daşıma prosesində hüquqpozma hallarında (avtonəqliyyat vasitəsinin və ya yükün oğurlanması, sürücünün həyat və sağlamlığına təhlükə yaranması və s.) adekvat reaksiya verilməsi;

  • yol-nəqliyyat hadisəsinin rəsmiləş-dirilməsi

 

2

1,5

0,5

6.2.

İlk tibbi yardım:

- ilk tibbi yardım barədə ümumi məlumat;

- ilk tibbi yardım qutusunun tərkibi və ondan istifadə;

- yol-nəqliyyat hadisəsi baş verdikdə ilk tibbi yardım göstərilməsinin ardıcıllığı

 

3

2

1

 

 

1

2

3

4

5

7. Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların təşkili

7.1.

Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin daşımaları üçün zəruri olan sənədlər:

- sürücü üçün tələb olunan sənədlər;

- avtonəqliyyat vasitəsi üçün tələb olunan sənədlər;

- avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin daşımalarında icazələr və tələb olunan digər sənədlər;

- tətbiq olunan yol vərəqəsinin forması və doldurulması qaydası

 

1,5

1

0,5

7.2.

Sərnişin daşımaları:

4

4

-

 

- avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin daşımalarının təşkili və yerinə yetirilməsinin xüsusiyyətləri;

- avtovağzallar (avtostansiyalar) və sərnişin terminalları;

- sərnişinlərin təhlükəsiz daşınması;

- biletin, baqaj qəbzinin və birkasının forması və onların sənədləşdirilməsi;

- sərnişin avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi;

- qeyri-müntəzəm sərnişin daşıma-larında formulyarın doldurulması;

- sərnişinlərin beynəlxalq daşınması zamanı viza təminatı;

- uşaq qruplarının daşınmasının xüsusiyyətləri

 

 

 

 

 

 

1

2

3

4

5

7.3.

Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda sığorta:

- avtomobil nəqliyyatı ilə daşımalarda sığorta anlayışı və onun ümumi prinsipləri;

- sığorta hadisəsi, obyekti və sığorta müqaviləsi;

- sığorta hadisəsinin sənədləş-dirilməsi qaydası;

- icbari və könüllü sığortanın növləri;

- sərnişinlərin icbari fərdi qəza sığortası;

- sürücünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması

 

3

3

-

8. Gömrük prosedurları və sənədləşmə

8.1.

- gömrük nəzarəti və gömrük orqanları;

- gömrük bəyannaməsi;

- avtonəqliyyat vasitələrinin bəyan edilməsi;

- qısa idxal bəyannaməsinin verilməsi;

- fiziki şəxslər tərəfindən malların şəxsi istifadə üçün gömrük sərhədindən keçirilməsi;

- gömrük rəsmiləşdirilməsi üçün zəruri olan sənədlər və məlumatlar

2

2

-

9. Viza rəsmiləşdirilməsi

 

9.1.

- avtomobil nəqliyyatı ilə beynəlxalq

daşımalarda viza təminatı və pasport;

- viza ilə və vizasız giriş;

- ölkələrin viza sistemi;

- ərazisindən daşıma həyata keçirilən ölkələrdən viza alınma-sının xüsusiyyətləri;

- viza verilməsinin ümumi qaydası;

2

2

-

1

2

3

4

5

 

- Şengen Müqaviləsi ölkələrinin viza sistemi;

- Şengen Müqaviləsi ölkəsinin vizasından istifadəyə məhdudiy-yətlər;

- sərhəd buraxılış məntəqələrində sənədlərin rəsmiləşdirilməsi

 

 

 

10. Sürücülərin davranışlarının işgüzar nüfuza təsiri

10.1.

- sürücünün davranışı və şirkətin işgüzar nüfuzu;

- sürücü tərəfindən göstərilən xidmətin səviyyəsinin şirkət üçün əhəmiyyəti;

- sürücünün ünsiyyət qurduğu şəxslər;

- sürücülərin etik normalara riayət etməsi, sərnişinlərlə etik davranış qaydaları və mədəni rəftar

2,5

2,5

-

11. İnsan alverinin qarşısının alınması və onunla mübarizə aparılması

11.1.

- insan alverinin qarşısının alınması və onunla mübarizə aparılması barədə məlumat

1

1

-

12. Hüquq, vəzifə və məsuliyyət

12.1.

- daşıyıcıların, sürücülərin, sərni-şinlərin hüquq, vəzifələri və məsuliyyəti

2,5

2,5

-

13. Sərnişin avtonəqliyyat vasitəsində və ya avtobus

simulyatorunda (avtotrenajorunda) sürmə təlimi

13.1.

- mürəkkəb yol şəraitində və dar keçidlərdə manevretmə;

- hərəkət intensivliyi çox olan yollarda və sutkanın qaranlıq vaxtında hərəkət

5

-

5

 

İmtahan

2

-

-

 

Cəmi

66

50

14

           

 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə