Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Reallıqlar işğalçı Ermənistanın faşist niyyətini təsdiq edir

Vətəndaşların mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatlar, enerji, nəqliyyat sferasında, xarici siyasətdə qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun, tərəfdaşlarının artmasına şərait yaradıb. Bir-birini tamamlayan, dövlətin dayanıqlı inkişafında harmoniya yaradan uğurlarla, əldə edilən nailiyyətlərlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ən ağrılı problem kimi bir an da olsun diqqətdən kənarda qalmır. Təəssüflər olsun ki, ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili siyasət yanaşmaları ilə üzləşməkdədir.

Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib ki, istər yerli, istərsə də beynəlxalq səviyyəli görüş və çıxışlarında, “Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir” söyləyən dövlətimizin başçısı İlham Əliyevin iyulun 6-da yerli telekanallara müsahibəsində də beynəlxalq təşkilatlara ünvanlanan və cavab axtarılan sualları öz əksini tapıb.
Ölkə başçısı növbəti dəfə də diqqəti nasist ideologiyasının hökm sürdüyü Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini zəbt edərək bir milyondan çox insanın hüquqlarını pozan bu ölkənin saxta demokratiyasına, hazırkı hakimiyyətin qurduğu diktatura rejiminə yönəldib: “Ermənistanda insan haqlarının və demokratiyanın pozulması bu günün işi deyil. Ermənistanda heç vaxt demokratiya olmayıb. Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz”.
Prezident İlham Əliyevin qeyd olunan müsahibəsindəki tariximizin bugünkü reallığını əks etdirn faktları görməyən, daha doğrusu, görmək istəməyən beynəlxalq təşkilatlar, Ermənistanın başına sığal çəkən dövlətlərdir. Prezidentimizin BMT Baş Assambleyasının qlobal pandemiya ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünə qarşı çıxış etməklə Ermənistanın hazırkı rəhbərliyi əsl simasını nümayiş etdirdi. Bütün dünyanın maraqlarına xidmət edən bu təşəbbüsün məhz Azərbaycan tərəfindən irəli sürüldüyü üçün Ermənistan əsl xislətini gizlədə bilmədi, bəzəriyyətin gələcəyi naminə atılan addımın əleyhinə çıxdı.
“Ancaq Azərbaycanın məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində mövcud olan çətir artıq deşilibdir”, – söyləyən ölkə Prezidenti bildirir ki, biz onların əsl mahiyyətini üzə çıxarırıq, faşist mahiyyətini ifşa edirik: “Mən demişəm ki, əgər 20 il ərzində bir ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir. Başqa cür ola bilməz. Onların dırnaqarası müstəqillik tarixi rüsvayçılıq tarixidir. Müstəqilliyin ilk illərində Azərbaycan xalqına qarşı törədilmiş ərazi iddiası, Xocalı soyqırımı, işğal və Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından didərgin salınması, ondan sonrakı mərhələdə qanunsuz yollarla hakimiyyətin zəbt edilməsi. Bütün Ermənistan rəhbərləri hakimiyyətə qanunsuz yollarla gəliblər. Bu ölkənin, sadəcə olaraq, tarixinə baxmaq kifayətdir”.
Artıq diktaturanın formalaşdığı Ermənistanın bugünkü reallıqları işğalçı dövlətin demokratiyanın yanından belə keçmədiyini nümayiş etdirir və yaşanan hadisələr bu ölkəyə yaxşı heç nə vəd etmir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədir. Bu bir həqiqətdir ki, Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər.

 

10 2020 22:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə